PAŞA Kapital yenidən beynəlxalq mükafatlara layiq görülüb

(®) PAŞA Kapital İnvestisiya Şirkəti dünyanın məşhur maliyyə jurnalı olan “International Finance” tərəfindən iki fərqli nominasiya üzrə mükafatlara layiq görülüb.
Azərbaycan investisiya bazarında ən yüksək dövriyyəyə malik olan PAŞA Kapital, 2023-cü ildə əldə etdiyi nailiyyətlə “International Finance” maliyyə jurnalı tərəfindən “Best Fixed Income Bonds – Azerbaijan 2023”, şirkətin Baş İcraçı Direktoru Ceyhun Hacıyev isə “Best Emerging CEO - Mr. Jeyhun Hajiyev – Investments – Azerbaijan 2023” kateqoriyasında təltif edilib.
“International Finance” jurnalı Böyük Britaniyanın International Finance Publications Limited şirkəti tərəfindən çap edilən premium biznes və maliyyə jurnalıdır. Maliyyə jurnalı tərəfindən həyata keçirilən maliyyə mükafatlandırmaları, əsas fəaliyyəti üzrə dayanıqlı biznes nəticələri nümayiş etdirən, eləcə də regional maliyyə icmalarının bəhrələnə biləcəyi çevik biznes yanaşmaları ilə yaddaqalan maliyyə təşkilatlarını tanıtmaq və təltif etmək məqsədini daşıyır.
Mükafatın təqdimetmə mərasimi yanvar ayının 18-də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutmuşdur. Mərasimdə PAŞA Kapitalı şirkətin rəhbər heyəti təmsil edib.
İnvestisiya şirkətinin Baş İcraçı Direktoru Ceyhun Hacıyev mükafatlandırma ilə bağlı açıqlamasında qeyd edib ki, bu il PAŞA Kapitalın təqdim etdiyi yüksək göstəricilər, xüsusilə artan aktivlər və ticarət həcmi üzrə böyümə komandamızın əzmkar fəaliyyətinin, eləcə də illər boyu investorlarla qurduğumuz etibarlı əməkdaşlığın nəticəsidir. 2023-cü ildə şirkət tarixi rekordu yeniləyərək, 20 milyard 417 milyon manatdan artıq dövriyyə həcmi və 42% bazar payı ilə PAŞA Kapital Azərbaycan bazarının ən iri investisiya şirkəti olub. “International Finance” tərəfindən təqdim edilən mükafatlar komandamız üçün davamlı artan nəticələrin simvoludur.
PAŞA Kapital investisiya şirkətinin qurulmasında və strategiyanın hazırlanıb təsdiq olunmasında əhəmiyyətli rola sahib olan Ceyhun Hacıyev investisiya sahəsindəki uğurlu fəaliyyəti, innovativ yanaşması və özünün liderlik bacarığı ilə daim yüksək səviyyədə müştəri xidməti və əməliyyatlarda mükəmməllik prinsipi ilə seçilir. Ceyhun Hacıyevin müvəffəq təcrübəsinə dayanan idarəçilik modelinin tətbiqində şirkət, kapital bazarlarında öz lider mövqeyini möhkəmlətməsinə nail olur. Belə ki, əldə olunan müsbət nəticələr, şirkətin ictimaiyyət və müştərilərə qarşı olan məsuliyyətini daha da artırmışdır. Həmçinin şirkət rəhbəri olaraq, o, gələcək illərdə də xidmət səviyyəsinin ən yüksək səviyyədə saxlanılmasını və yeni investisiya həllərinin tətbiqini əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.
Qeyd edək ki, şirkətin 2023-ci il ərzində BFB-də 5 milyard 397 milyon manatlıq Dövlət istiqrazları, 2 milyard 211 milyon manatlıq Mərkəzi Bankın notları, 12 milyon 408 min manatlıq repo əməliyyatları üzrə dövriyyəsi olub və bu da PAŞA Kapitalın Azərbaycan kapital bazarlarında lider mövqeyini qoruyub. Eləcə də, korporativ istiqrazlar üzrə şirkətin 397 milyon manat dövriyyəsi olub. Həmçinin şirkətin xarici bazarda ticarət əməliyyatları üzrə ötən il 3 milyard manat həcmində dövriyyəsi qeydə alınıb. Belə ki, PAŞA Kapital gələcək illərdə də xidmət səviyyəsinin ən yüksək səviyyədə saxlanılmasını və investisiya xidmətlərinin daha geniş investor kütləsi üçün əlçatan olmasını əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.
Xatırladaq ki, PAŞA Kapital İnvestisiya Şirkəti 2021-ci ildə eyni jurnal tərəfindən broker kateqoriyalarında da mükafatlandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
14 d. əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
20 d. əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 23 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
1 saat əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
1 saat əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
Son Xəbərlər

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Ən çox oxunanlar

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür
