Meta-nın xalis mənfəəti kəskin artıb
Facebook, İnstagram, WhatsApp sosial medialarının sahibi olan Meta şirkəti 2023-cü ilin oktyabr-dekabr dövrü üzrə balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, şirkətin ötən ilin son rübündə gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 40,1 milyard dollar təşkil edib. Şirkətin ötən ilin eyni dövründə 32,2 milyard dollar gəlir əldə etmişdi.
Meta-nın xalis mənfəəti ötən ilin dördüncü rübündə 204 faiz artaraq 14 milyard dollar olub. Şirkət ötən ilin son rübündə 4,6 milyard dollar xalis mənfəət açıqlamışdı.
Meta-nın 2023-cü ildəki gəliri illik müqayisədə 16% artımla 134,9 milyard dollar, xalis mənfəəti isə 69% artaraq 39,1 milyard dollar olaraq hesablanıb.
Şirkətin 2022-ci ilin dördüncü rübündə 1,76 dollar olan səhm üzrə mənfəəti, ötən ilin eyni dövründə 5,33 dollara çatıb.
Digər tərəfdən, Meta 26 Mart 2024-cü il tarixində səhmdarlara səhmbaşına 50 sent nağd dividend ödəyəcəyini açıqlayıb.
Şirkət bu ilin birinci rübündə 34,5-37 milyard dollar arasında gəlir gözlədiyini açıqlayıb.
Facebook-un aktiv istifadəçilərinin sayı artmaqda davam edib
Meta çətiri altında olan Facebook-un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu müddət ərzində artmağa davam edib. Facebook-un gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 6 faiz artaraq 2,11 milyarda çatıb. Sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı eyni dövrdə 3 faiz artaraq 3,07 milyarda çatıb.
31 dekabr 2023-cü il tarixinə şirkətin işçilərinin sayı əvvəlki ilə nisbətən 22% azalaraq 67 min 317 nəfərə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























