Misir Mərkəzi Bankı faiz dərəcəsini daha da artırıb
Misir Mərkəzi Bankı əsas faiz dərəcəsini 2 faiz bəndi də artıraraq 19,25%-dən 21,25%-ə yüksəldib.
Marja.az xəbər verir ki, bu barədə ölkə Mərkəzi Bankının rəsmi saytında təqdim olunan press-relizdə deyilir.
“Qlobal miqyasda inflyasiya təzyiqləri azalsa da, inflyasiya gözləntiləri ətrafında qeyri-müəyyənlik var, xüsusən də, bu qeyri-müəyyənlik qlobal geosiyasi gərginliklər və Qırmızı dənizdə daşımaların pozulması nəticəsində qlobal əmtəə qiymətləri ilə bağlıdır”,- press-relizdə bildirilir.
Misirin real ÜDM-in artım tempi 2023-cü ilin üçüncü rübündə əvvəlki [ikinci] rübdəki 2,9 faizlə müqayisədə 2,7 faiz təşkil edib. Ölkənin Mərkəzi Bankının məlumatına görə, “keçən ilin dördüncü rübünün ilkin göstəriciləri də iqtisadi aktivliyin azalmasından xəbər verir”.
Tənzimləyici Misirin ÜDM-in artım tempinin “2023-2024-cü maliyyə ili ərzində əvvəlki illə müqayisədə yavaşlayacağını və sonra tədricən bərpa olunacağını” gözləyir. Ölkədəki işsizlik səviyyəsi 7,1% ilə rekord səviyyədə sabitləşib.
2023-cü ildə Misir Mərkəzi Bankı əsas dərəcəsini iki dəfə artırıb. Mart ayında 2 faiz bəndi, sonra avqustda daha 1 faiz bəndi qaldırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























