Ferrari-nin səhmləri Həmiltonun komandaya qoşulması xəbəri fonunda 13% bahalaşıb
Formula 1 yarışları üzrə yeddiqat dünya çempionu britaniyalı Lyuis Həmilton 2025-ci il mövsümündən etibarən Ferrari komandası üçün mübarizə aparacaq. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
İdman avtomobili istehsalçısı Ferrari-nin Nyu-York Birjasında səhmləri yeddiqat dünya çempionu britaniyalı Lyuis Həmiltonun 2025-ci ildən Formula 1 dünya çempionatında şirkətin zavod komandası üçün mübarizə aparacağı xəbəri fonunda 13%-dən çox bahalaşıb.
Marja.az xəbər verir ki, cümə axşamı ticarət sessiyası başlayandan sonra Ferrari səhmləri 13,15%-ədək bahalaşaraq 391,42 dolları görüb. Bakı vaxtı ilə saat 08:14-ə olan məlumata görə, Ferrari-nin qiymətli kağızları 9,2% bahalaşma ilə 353.50 dollara satılıb. Şirkətin səhmlərinin bahalaşmasına maliyyə hesabatlarının dərci də kömək edib. Belə ki, italyan istehsalçısının 2023-cü maliyyə ilində xalis gəliri 17,2% artıb.
Cümə axşamı, Ferrari komandasının mətbuat xidməti britaniyalı Lyuis Həmilton ilə çoxillik müqavilə imzaladığını elan edib. Həmilton 2024-cü il mövsümünü Mercedes-də keçirəcək. 2024-cü il mövsümünün sonunda ispaniyalı sürücü Carlos Sainz Jr Ferrari-ni tərk edəcək.
2007-2013-cü illərdə Həmilton 2008-ci ildə dünya çempionu olduğu McLaren-də çıxış edib. Mercedes ilə 2014, 2015, 2017, 2018, 2019 və 2020-ci illərdə dünya çempionu olub. Titulların sayına görə Həmilton almaniyalı Mixael Şumaxerlə rekorda şərikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 d. əvvəl
- 9 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
31 d. əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
48 d. əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
2 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
3 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
4 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
4 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 4 saat əvvəl
Son Xəbərlər

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
