Vestel-in 2 milyard avroluq təzminat tələbi qismən qəbul edilib
Şirkətə 684.400.000 avro məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edilib.
Türkiyənin "Vestel Elektronik Sanayi ve Ticaret A.Ş." şirkəti (Vestel) Samsung və LG qrup şirkətlərini Hollandiyada məhkəməyə vermişdi. Məhkəmə iddia ilə bağlı qərar qəbul edib.
Marja.az xəbər verir ki, "Vestel", şirkətin Hollandiyanın Şərqi Brabant Region Məhkəməsi qarşısında rəqabət qanununa əsaslanan təzminat iddiası ilə bağlı açıqlama yayıb.
Vestel-in İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada, şirkətin xarici törəmə müəssisələrinin Samsung, LG qrup şirkətləri, Technicolr S.A, TTD International S.A.S. ve TDP SP. Z.O.O.-ya qarşı Hollandiyanın Şərqi Brabant Bölgə Məhkəməsində rəqabət qanunu əsasında iddia qaldırdığı qeyd edilib. Cəmi 2 milyard 53 milyon 200 min avroluq təzminat işində iddianın qismən qəbuluna və qismən rədd edilməsinə qərar verilib.
Açıqlamada, “Yuxarıda qeyd olunan qərara əsasən, iş üzrə iki cavabdehlərin (TTD International S.A.S. və TDP SP. Z.O.O.) bizim xeyrimizə 684 milyon 400 min avro təzminat ödənilməsinə qərar verilib",- deyilir.
Digər təqsirləndirilən şəxslərin iddiası rədd edilib.
"Hollandiya birinci instansiya məhkəməsinin qərarı və qərarda göstərilən məbləğlər hələ dəqiqləşdirilməyib və işdə iştirak edən tərəflərin qərara etiraz etmək hüququ var. Qərarın şirkətimizin əleyhinə çıxardığı hissəsinə etiraz etmək hüququmuz qanuni müddət ərzində həyata keçiriləcək", - açıqlamada bildirilir.
XXX
Şirketimiz Vestel Elektronik Sanayi ve Ticaret A.Ş. (Vestel), %100 bağlı ortaklığımız Vestel Ticaret A.Ş. ve Vestel'in ilgili yurt dışı iştiraklerinin (Vestel Holland B.V., Vestel CIS Ltd., Vestel Trade Ltd., Vestel Electronica S.R.L., Vestel France S.A.S., Vestel Holland B.V. Sucursal En Espana, Vestel Holland B.V. Germany Branch Office ve Vestel Holland B.V. UK Branch Office) davacı sıfatıyla; Samsung, LG grubu şirketleri, Technicolr S.A., TTD International S.A.S ve TDP SP. Z.O.O. şirketlerinin ise davalı sıfatıyla taraf olduğu, Hollanda Doğu Brabant Bölge Mahkemesi nezdinde görülen rekabet hukuku kaynaklı toplam 2.053.200.000 EUR tutarlı tazminat davasında, davanın kısmen kabulüne, kısmen reddine karar verilmiştir. Anılan karar uyarınca, davada iki davalının (TTD International S.A.S ve TDP SP. Z.O.O.) lehimize 684.400.000 EUR tutarında tazminat ödemesine hükmedilmiş; diğer davalılar yönünden ise, dava reddedilmiştir. Hollanda ilk derece mahkemesinin kararı ve kararda belirtilen tutarlar henüz kesinleşmemiş olup, dava taraflarının karara itiraz hakları mevcuttur. Şirketimizce kararın aleyhe hükmedilen kısmıyla ilgili itiraz hakkımız yasal süresi içerisinde kullanılacaktır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
22 d. əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
39 d. əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
3 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
4 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
4 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 4 saat əvvəl
Son Xəbərlər

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək
Ən çox oxunanlar

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
