Gəncədə sənaye parkının yaradılması nəzərdə tutulur
Gəncədə 10 il müddətinə vergilərin olmadığı ərazi yaradılacaq.Bu il həmçinin, ölkədə daha bir sənaye parkının Gəncə şəhərində yaradılması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkının yerləşəcəyi ərazinin, prioritet istiqamətlərinin və s. məsələlərin dəqiqləşdirilməsi istiqamətində işlər görülür. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi metallurgiya klasterinin yaradılması, avtomobil sənayesinin daha da inkişafı ilə lokalizasiyanın artırılması, tikinti materialları sənayesinin (kərpic, keramika, çınqıl və qum, üzlük daşı və s.), yüngül sənayenin (o cümlədən, xalça, gön-dəri, toxuculuq və s.), qida sənayesinin (meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, quşçuluq, süd və ət məhsulları, qurudulmuş və dondurulmuş meyvə, günəbaxan yağı istehsalı və s.), yeni logistika və ticarət mərkəzlərinin yaradılması və s. sahələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyi Agentliyin idarəçiliyində 6 sənaye parkı (Sumqayıt Kimya Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Ağdam Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı, Mingəçevir Sənaye Parkı), 4 sənaye məhəlləsi (Hacıqabul Sənaye Məhəlləsi, Masallı Sənaye Məhəlləsi, Neftçala Sənaye Məhəlləsi, Sabirabad Sənaye Məhəlləsi), 51 aqropark və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.
Sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak vergisi, torpaq vergisi, mənfəət vergisi, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar. Bundan əlavə, sənaye parklarının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























