Nvidia-nın gəlirləri proqnozları üstələyib - 3,7 DƏFƏ ARTIM
Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia, 2023-cü ilin son rübündə süni intellekt çiplərinə güclü tələbat səbəbindən gözləntilərin üstündə gəlir əldə etdi.Dünyanın aparıcı çip istehsalçılarından biri olan Nvidia şirkəti 2023-cü ilin son rübü üzrə balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, Şirkətin gəlirləri bu dövrdə illik müqayisədə 265 faiz (3,65 dəfə) artaraq 22,1 milyard dollar təşkil edib.
Bloomberg-in sorğusunda iştirak edən analitiklərin proqnozu 20,41 milyard dollar idi.
Keçən ilin eyni dövründə 6,05 milyard dollar gəlir əldə edən Nvidia, son rüb üçün 24 milyard dollarlıq gəlir proqnozlaşdırmışdı.
Bu dövrdə hər səhmə düşən xalis mənfəət 5,16 dollara yüksəlib.
Məlumat mərkəzi gəlirləri əvvəlki ilə nisbətən 409 faiz artıb.
Nvidia şirkətindən Jensen Huang süni intellektdə mühüm bir mərhələnin olduğunu qeyd edərək, "Dünyada şirkətlərin, sektorların və ölkələrin tələbi artır" deyib.
Bu yaxınlarda süni intellekt çiplərinə güclü tələbatla Nvidia-nın bazar dəyəri 1,83 trilyon dollara çatıb və Amazon və Alphabetdən sonra ABŞ-ın üçüncü ən dəyərli şirkəti olub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















