Yüzlərlə fermerə aqrar sığorta ödənişi verildi
Fevralın 21-də Şəki rayonunda Aqrar Sığorta Fondu və Şəki şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə “Şəki rayonunda təbiət hadisələrindən zərər çəkən fermerlərə sığorta ödənişi” tədbiri keçirilib.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov və Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun iştirak etdiyi tədbirdə aqrar sığorta haqqında geniş məlumat verilib, təbiət hadisələrindən zərər çəkmiş fermerlərə ödənişlər təqdim edilib.
Tədbirdə bildirilib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkənin əksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə böyük zərər dəyib. Ən çox zərər görən təsərrüfatlardan biri də Şəki rayonudur.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki rayonunda iqlim şəraitinin mürəkkəb olduğunu xatırladaraq bildirib ki, bu vəziyyət tez-tez təbiət hadisələrinin baş verməsinə səbəb olur və təsərrüfatlara zərər vurulması ilə nəticələnir. E.Usubov fermerləri belə hadisələrdən qorunmaq üçün dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığortadan faydalanmağa çağırıb.
Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov xatırladıb ki, aqrar sığorta subsidiyalaşdırılır, yəni sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. Fond rəhbəri bildirib ki, 2022-ci ildə də baş verən hadisələr səbəbindən Şəki fermerləri və təsərrüfatlara böyük zərər dəymişdi, həmin il rayonda 438 fermerə 348 min manat sığorta ödənişi edilib.
2023-cü ildə baş verən hadisələr nəticəsində isə Şəkidə 271 fermerə ümumilikdə 694 min manat sığorta ödənişi edilib. Bu məbləğin 544 min manatı arpa, 150 min manatı isə buğda əkinləri üzrə ödənilib. Nəticədə Şəkidə bəzi təsərrüfatlar məhz aqrar sığorta ödənişi sayəsində əkinləri həyata keçirərək fəaliyyətini davam etdiriblər.
Tədbirdə qeyd edilib ki, ümumilikdə 2023-cü ildə ölkədə baş verən hadisələr üzrə fermer və təsərrüfatlara indiyədək 4,4 milyon manat ödəniş edilib. Bu proses davam edir və sonda ödənişlərin ümumilikdə 8 milyon manata yüksələcəyi gözlənilir.
Tədbirdə Şəki-Zaqatala bölgəsi üzrə aqrar sığorta xidmətləri təqdim edilib, sadə misallarla fermerlərə izahat verilib.
Belə ki, bölgədə 1000 manatlıq tütünün sığortalanması 62 manata başa gəlir, bunun yarısını dövlət ödəyir, nəticədə fermer cəmi 31 manat ödəniş etməklə məhsulunu sığortalaya bilər. Qoz, fındıq və ərik bağlarında 1000 manatıq məhsulun sığortalanması fermerə 20 manata, badam məhsulunun sığortalanması isə cəmi 7 manata başa gəlir.
Tədbirdə təbiət hadisələrindən zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim edilib. Fermerlərin qaldırdığı suallar cavablandırılıb, onlara ətraflı izahat verilib.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 saat sonra
- 27 d. əvvəl
-
1 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
5 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Ən çox oxunanlar
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















