2023-cü ildə bankların xarici valyuta alışları satışlarını üstələyib

2023-cü ildə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq formalaşmışdır. Tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləmişdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2023-cü ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Qeyd edilib ki, 2023-cü ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 29.5 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 79%-i ABŞ dollarında, 21%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 21%-i banklararası valyuta bazarında (BVB), 79%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Hesabat ilində BVB-də əməliyyatların həcmi 6.2 mlrd. ABŞ dolları (ARDNF-nin və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olmuşdur. Bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
Hesabat ilində banklararası valyuta bazarında mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarındakı proseslərə çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa şərait yaradan Blumberqin “BMatch” platforması aktivləşdirilmişdir.
BDVB-də valyuta əməliyyatlarının həcmi 23.3 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur ki, bunun da 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.8%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 3.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 83.9%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Son illər ərzində ilk dəfə 2023-cü ildə bankların xarici valyuta alışları satışlarını üstələmişdir. Nəticədə xalis satış neqativ zonada qərarlaşmışdır.
2023-cü il ərzində Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 96 hərrac baş tutmuşdur. Bu valyuta hərraclarının 92%-də təklif tələbi üstələmişdir. Əsasən fiskal sektorun ehtiyacları üçün il ərzində Mərkəzi Bank valyuta bazarına 2.1 mlrd. ABŞ dolları həcmində alışyönlü müdaxilə etmişdir. Valyuta müdaxilələri ilə əlaqədar Mərkəzi Bankın valyuta ehtiyatları 2023-cü ildə 29.1% artaraq 11.6 mlrd.$-a çatmışdır.
İl ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Hesabat ilində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın hərəkət etmişdir. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6945 manat, satış məzənnəsi isə 1.7020 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat sonra
-
17 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
-
- 20 d. əvvəl
- 32 d. əvvəl
- 45 d. əvvəl
- 51 d. əvvəl
-
55 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Ən çox oxunanlar

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
