"Yaxın zamanlarda mənzillərin qiymətində artım gözlənilmir”
Mənzillərin qiymətinin gələn aydan artacağı ilə bağlı açıqlamalar yenidən gündəmə gəlməyə başladı. Son 4 ildə belə məlumatlar daimi olaraq mətbuata sızdırılır. Amma nə qiymət, nə də mənzil alanların sayı artır.
“Marja”nın məlumatına görə, tanınmış Vüqar Bayramob bildirib ki, bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları" baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir.
Reallıqda əmlak bazarında vəziyyət necədir?
“Bizim apardığımız monitoriqlər göstərir ki, bu sektorda yalnız kirayə bazarında qiymət artımları müşahidə edilir. Bu da yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxtın qalması və mövsümün başa çatması ilə bağlıdır. Bununla yanaşı, kirayə bazarında heç də bütün seqmentlər üzrə qiymət artımı müşahidə edilmir. Bahalı kirayə haqqı olan evlərdə qiymətlər stabildir. Aylıq kirayə haqqı orta hesabla 400 manatadək olan mənzillərdə müəyyən qiymət artımları var. Amma bu rəqəmdən yüksək kirayə haqqı təklif edən evlər üçün qiymətlərdə dəyişiklik yoxdur. Bu bazarda da qiymətlərin gələn ayın sonuna doğru stabilləşəcəyi gözlənilir. Daşınmaz əmlak və eləcə də torpaq bazarında alıcı problemi qalmaqdadır. Tələb yenə də aşağıdır və təklif, demək olar, dəyişməyib. Tələb, alıcılıq qabiliyyəti və eləcə də bazardakı təklifi nəzərə aldıqda yaxın zamanlarda mənzillərin qiymətində artım gözlənilmir”,- Vüqar Bayramov bildirib.
Qeyd edək ki, bir neçə gün öncə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Sentyabrdan etibarən evlərinin qiymətinin qalxacağını bildirmişdi.
N.İbrahimov bildirmişdi ki, hazırda bazarda aktivliyin azalması evlərin qiymətinə təsir edib: “Ümumən, daşınmaz əmlak bazarında iyun ayı ərzində 0.6 faiz azalma müşahidə olunub. Ay ərzində təkrar mənzil bazarında 7 faiz, ilkin mənzil bazarında qiymətlərdə 1 faiz azalma olub, torpaq bazarında isə qiymətlər demək olar ki, stabil qalıb”.
Ekspert qeyd etmişdi ki, daşınmaz əmlak bazarında alıcıların böyük əksəriyyəti mənzil almaq və ya satmaq üçün payız aylarını gözləyirlər: “Adətən bazarda aktivlik avqustun sonu, sentyabrın əvvəlində başlayır. Bazarda aktivliyin artması təbii ki, qiymət artımına da səbəb olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
9 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!






















