Coca-Cola Novruz bayramına sevinc qatır
(®) Dünyanın sevilən içki markası Coca-Cola hər il olduğu kimi bu Novruzda da bir-birindən rəngarəng kampaniyaları ilə bayrama sevinc qatır.
Bu məqsədlə Coca-Cola paytaxtın müxtəlif nöqtələrində maraqlı instalyasiyalar və fotozonalar quraşdırmaqla yanaşı, Novruza həsr edilən müxtəlif aksiyalar və kampaniyalar da keçirir.
Belə ki, Coca-Cola Novruz bayramı ərəfəsində “Novruz 2024” adlı xüsusi kampaniyaya start verib. Kampaniyada üzərində “3 Qapağa 1 Hədiyyə” yazılmış sarı qapaqlı və xüsusi etiketli 2.5 litr həcmli «Coca‑Cola Classic», «Coca‑Cola Sıfır Şəkər», «Fanta Portağal», «Sprite» məhsulları iştirak edir. Kampaniyada üç sarı qapağı toplayıb iştirak edən hər kəsin 400 000 (dörd yüz min) ədəd 3 rəngli (qırmızı, yaşıl, ağ), buta formalı Coca‑Cola çərəz qablarından birini (“Çərəz Qabı” və ya “Uduş”) qazanmaq şansı yaranır. Kampaniyada iştirak üçün son tarix 30 apreldir.
Coca-Cola bundan əlavə şəhərin Bulvar ərazisində Səməni instalyasiyası, Gənclik Mall-da yaz elementləri ilə bəzədilmiş fotozona quraşdırıb. İlk çərşənbədən etibarən isə Novruz bayramı üçün xüsusi brendinq olunmuş 10 avtobus 2 ay ərzində şəhər ətrafında hərəkət edərək insanlara bayram möcüzəsini xatırladacaq.
Azərbaycan xalqının ən rəngarəng və zəngin bayramlarından olan Novruz ərəfəsində xeyirxahlığı da unutmayan şirkət “Nargis” Fondun təşkilatçılığı ilə keçirilən “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarındandır. Coca-Cola Azərbaycanın yarmarkada quraşdırdığı bayramın əsas elementlərini əks etdirən xonça stendi, həmçinin özündə Novruz ilə Bakının atributlarını təsvir edən foto zonası ilə tədbirə əlavə rəng qatır. Hər iki instalyasiya yarmarkanın qonaqlarının xüsusi marağına səbəb olub.
Coca-Cola şirkətinin Avrasiya üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkət hər il olduğu kimi bu il də Novruz bayramına xüsusi diqqət ayırıb: “Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə yerli əhalinin adət-ənələrinə və bayramlarına xüsusi dəyər verir. Novruz bayramını Azərbaycan xalqı ilə qeyd etdiyimiz üçün şadıq. Bu il də Coca-Cola Novruz bayramı üçün bir sıra marketinq və xeyriyyə təşəbbüsləri ilə çıxış edir. Ümid edirik ki, bununla da Novruz bayramı Coca-Cola sevənlər üçün unudulmaz olacaq”.
Qeyd edək ki, Coca-Cola məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 7 d. əvvəl
-
- 27 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 43 d. əvvəl
- 48 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Şahşərab” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Ən çox oxunanlar
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir






















