Marcom şirkəti "özbək aşından" pay götürür
Azərbaycanın Marcom şirkətinin növbəti ofisi Özbəkistanda açılacaq.Yerli bazarda 7 illik fəaliyyəti olan Marcom Marketinq və Kommunikasiyaları şirkəti Özbəkistan bazarı üzrə hədəfləri reallaşdırmağa başlayıb.
Şirkətin İcraçı Direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə bu bazarın nəbzini tuta bilən yerli şirkətlər üçün burada böyük potensial var:
“Biz 6 ay boyunca bu bazarı rəqəmsal alətlər və iqtisadi göstəricilərin köməyi ilə araşdırdıq. Hədəfimiz rəqəmsal alətlərin köməyi ilə Özbəkistan şirkətlərinin diqqətini cəlb edib, onlardan sifariş almaq idi ki, biz bunu bacardıq. Sifarişlərin uğurlu icrasından sonra Marcom şirkətinin növbəti ofisini Özbəkistanda açmağı qərara aldıq. Növbəti mərhələdə Azərbaycan - Özbəkistan ticarət evinin dəstəyi ilə hər iki ölkənin iqtisadi əlaqələrinin inkişafında şirkətlərə marketinq dəstəyi göstərmək üçün əlimizdən gələni edəcəyik.
İlkin mərhələdə 6 fundamental marketinq xidmətləri ilə Özbəkistan bazarında təmsil olunmağı seçmişik. Orada fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin də xarici bazarlara çıxışı üçün standartlara cavab verən vizual kimliyi mövcud deyildir.
Marcom şirkətinin Özbəkistanda olması orada fəaliyyət göstərən Azərbaycan mərkəzli bazar iştirakçıları üçün də əlavə dəyərdir. Biz Özbəkistan bazarı, orada çalışan eyni kateqoriyalı şirkətlərin çalışma fəlsəfəsi, şəxsi kaprizlərini bildiyimiz üçün yerli şirkətlərimizə həmin bazar üzrə doğru istiqamət göstərməyə hazırıq.”
Qeyd edək ki, Marcom şirkəti həm də Azərbaycan - Özbəkistan Ticarət evinin marketinq işlərinin icrasını da həyata keçirəcək. Şirkət, Azərbaycan və Özbəkistandan əlavə Gürcüstanda da eyni istiqamətli işləri həyata keçirməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)






