Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Yapon Yeni çərşənbə axşamı ticarət gününün ilk saatlarında 1$ üçün 150¥ səviyyəsinə yaxın ticarət olunur. FED-in faiz dərəcələrini erkən azaldacağına dair ehtimalların zəifləməsi fonunda dollar dünya birjalarında bir qədər də möhkəmlənib. Bugün həmçinin, uzun müddətdir davam edən ultra-yumşaq pul-kredit siyasətinə son verməsi səbəbilə Yaponiya Mərkəzi Bankının (BoJ) iclası diqqət mərkəzində idi.
Yen dollara nisbətdə cüzi dəyişərək 150¥, avroya qarşı isə 163¥ səviyyəsində sabit qalıb. Avstraliya dolları 0.06% ucuzlaşaraq 0.6520$ olub.
Bugün reallaşan BoJ-un cari iclasında mənfi faiz dərəcəsi siyasətinə son verildi və gəlir əyrisinə nəzarətin və riskli aktiv alışlarının sonlandırıldığı qeyd edildi. Lakin analitiklər hesab edirlər ki, BoJ faiz dərəcələrini qaldırsa belə, pozitiv zonadakı sonrakı artımlar dərhal sonra gəlməyə bilər. Mart və aprel aylarında bir-birinin ardınca faiz artımları olmayacaq.
BoJ toplantısında bank rəsmiləri mənfi faiz siyasətinin sona çatmasından sonra da dəstəkləyici monetar şərtlərin davam edəcəyinə işarə etdilər. Bu mövqe xüsusən də Yaponiya ilə ABŞ arasında faiz uçurumu genişləndikcə, yen üzərində təzyiqi davam etdirə bilər. ABŞ Federal Ehtiyatlar Sisteminin hələ uzun müddət yüksək faiz dərəcələrini saxlayacağı təxmin edilir ki, bu da yenanın mövqeyinə təsir edəcək.
Avstraliya Ehtiyatlar Bankı da (RBA) bugünkü iclasında faiz dərəcələrini sabit saxladı. Qeyd edək ki, analitiklər ən azı avqustun sonuna qədər faiz dərəcələrində dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Avstraliya dolları həftənin əvvəlində Çindən gələn müsbət iqtisadi xəbərlərdən müəyyən dəstək tapdı, lakin ABŞ dollarının möhkəmlənməsi səbəbindən martın əvvəlində əldə edilən, iki ayın maksimumu olan 0.6667$ səviyyəsində müqavimətlə qarşılaşaraq 0.6520$-a qədər ucuzlaşıb. Yeni Zelandiya dolları da ucuzlaşaraq 0.6060$-dan ticarət olunur.
Avro 1.0870$-a, Britaniya funtu isə 0.05% ucuzlaşaraq 1.2715$-a çatıb. Dolların bərpası, inflyasiyanın hələ uzun müddət yüksək qalacağını göstərən ABŞ-ın son iqtisadi məlumatları ilə dəstəkləndi və investorları FED-in faiz dərəcələrini azaltma cədvəli ilə bağlı ehtimallarını yenidən qiymətləndirməyə sövq etdi.
FED-in bu həftə açıqlayacağı faiz qərarına diqqət yetirən bazar, mərkəzi bankın faiz dərəcələrini nə vaxt azaltmağa başlaya biləcəyinə dair işarələr axtarır. Analitiklət faiz endirimi proqnozlarını redaktə edərək, 2024-cü ildə faiz dərəcələrinin dörd deyil, iki dəfə endirilməsini öngörürlər.
Valyuta səbəti qarşısında dolların məzənnəsini izləyən dollar indeksi, əvvəlki sessiyada iki həftənin ən yüksək səviyyəsi olan 103.65 bəndə çatıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
7 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























