“VOLT AVTO”dan yaşıl dünya naminə daha bir addım!
“VOLT AVTO”da dünyada ən çox gözlənilən avtomobillərdən biri, müştərilər tərəfindən böyük marağa səbəb olmuş "SERES AİTO M9" modelinin də satışı həyata keçiriləcək. “VOLT GROUP” və “SERES” arasında müqavilə bağlanıb.(2) Fevral ayından etibarən "GAC Aion" markasının “Aion Y”, “Aion S” və “Aion S MAX” modelləri “VOLT AVTO” salonlarında rəsmi olaraq təqdim olunub.
Qeyd edək ki, salonda müştərilər üçün sözügedən avtomobilləri “test drive” da etmək mümkündür.

Eləcə də “VOLT AVTO” sizə “Aion Hyper GT” modelini əldə etmək fürsəti təqdim edir. Avtomobilin rəsmi satışı “Volt Avto”ya məxsusdur və bu modelin rəsmi təqdimat mərasiminin aprel ayında baş tutması nəzərdə tutulub.

Nəhayət, “VOLT AVTO”da dünyada ən çox gözlənilən avtomobillərdən biri, müştərilər tərəfindən böyük marağa səbəb olmuş "SERES AİTO M9" modelinin də satışı həyata keçiriləcək.

Belə ki, şirkətin həmtəsisçi və direktoru Emin Əsgərov “SERES” şirkətinin qlobal konfransında iştirak edərək “VOLT GROUP” və “SERES” arasında müqavilə bağlayıb. Sözügedən modelin Azərbaycan üzrə satışı da “VOLT AVTO”ya məxsusdur və avtomobilin ölkəmizdə rəsmi təqdimatı bu ilin aprelinə planlaşdırılır.

"HUAWEI" və "SERES" qrupu tərəfindən yaradılan AİTO M9 modeli Çində krossover hibrid və ya elektrik güc aqreqatı ilə təklif olunur. Avtomobil təhlükəsizlik və komfort səviyyəsi ilə müştəri məmnuniyyətini qazanmaqda israrlıdır.
AİTO M9 modelinin güc strukturunda nüvə sualtı qayıqlarında istifadə olunana bənzəyən mürəkkəb poladlardan istifadə edilib. Avtomobili zərbəyə davamlı tirlərin ikiqatlı olması, kuzovunun isə, demək olar ki, deformasiya etmək qeyri-mümkünlüyü ən yaxşılardan birinə çevirir.
42 və 52 kVt/saatlıq akkumulyatorla və ya tam elektrik versiyaları ilə təklif olunan AİTO M9 modeli komplektasiyalarından asılı olaraq 490 və 522 at gücünə malikdir.
Avtomobilin 100 km/saat sürəti yığması 4,3 saniyəyə baş tutur. Onun ölçüləri 5230 x 1999 x 1800 mm, təkər bazası 3110 mm-dir.
Qeyd edək ki, hal-hazırda “VOLT AVTO”da Seres Aito M7 və Aito M5 modelinin rəsmi satışı da həyata keçirilir.
Fürsəti dəyərləndirmək, səyahətinizi daha da gözəlləşdirmək üçün salonumuza yaxınlaşmağınız kifayətdir.
Ətraflı məlumat üçün:
*0078
Badamdar yolu 1c
“VOLT AVTO” - addım-addım tərəqqiyə doğru!
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
12 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
12 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























