Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
(®) Unibank “Biznes mobil bankçılıq” nominasiyası üzrə ən yaxşı iyirmi bankdan biri seçilib.
Unibank bu nominasiyaya görə, Azərbaycan bankları arasında ilk üçlükdə yer alıb. Qərar “SME Banking Club” beynəlxalq platformasının “Business Mobile Banking -2024” araşdırmasının nəticələrinə əsasən verilib. Proses 10-dan artıq ölkənin 30-dan çox biznes mobil tətbiqi üzərində aparılıb.
Araşdırma zamanı “Unibank”ın biznes mobil bankçılığı ekspertlər tərəfindən yüksək qiymətləndirilib. SME Banking Club-un açıqlamasına görə, bölgənin 2024-cü il üzrə TOP-20 ən yaxşı biznes mobil bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən səsvermə keçirilib. Qərar bazar şəraiti, mobil biznes trendləri, ən yaxşı təcrübələr, mobil bankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili və digər istiqamətlər üzrə əldə olunan nəticələrə əsasən verilib.
Qeyd edək ki, “Unibank”ın biznes müştəriləri üçün hazırladığı UBank Biznes tətbiqini yeniləndikdən sonra sahibkarların mobil əlavəyə marağı daha da artıb. Biznes sahibləri tərəfindən mobil tətbiqin yüklənməsində qısa müdətə 50%-dən çox artım olub. Hazırda UBank Biznes mobil əlavəsini yükləyən aktiv biznes müştərilərinin sayı 10 mini ötüb
Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir.Banka gəlmədən onlayn hesab açmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.
“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 28 d. əvvəl
- 37 d. əvvəl
-
48 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma











.jpg)













