GoldenPay şirkətinin 2023-cü il üzrə maliyyə göstəriciləri açıqlandı!
Azərbaycanda ilk onlayn ödəmələr şirkəti, Hesab.az portalının yaradıcısı “QoldenPey” ASC 2023-cü il üzrə maliyyə və digər göstəricilərini açıqlayıb.
GoldenPay şirkətinin idarə heyətinin sədri – Eynar Abdullayevdən aldığımız məlumata əsasən, bu il fəaliyyətinin 17-ci ilində olan şirkətin göstəricilərində əvvəlki il ilə müqayisədə xeyli artım müşahidə olunub.
Belə ki, şirkətin 2023-cü il maliyyə nəticələri əvvəlki ilnən müqayisədə ciddi artım nəzərə alınmışdır. Belə ki, 2023-cü ilin ümumi dövriyyəsi 712,963,853 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14.2% artmışdır (2022: 624,049,576 manat).
2023-cü ildə Şirkətin gəlirləri 13,086,027 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 17.3% artmışdır (2022: 11,155,208 manat). 2023-cü ildə “QoldenPey” ASC-nin xalis mənfəəti 2,196,775 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2.3% artmışdır (2022: 2,147,517 manat).
2023-cü il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 8,715,260 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31.5% artmışdır (2022: 6,625,556 manat). 2023-cü il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 6,811,875 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 47.6% artmışdır (2022: 4,615,100 manat).
Bu artımı həm də Hesab.az onlayn xidmətlər platforması üzrə də müşahidə etmək mümkündür. Belə ki, platformanın 2022-ci ildə 710 min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2023-cü ildə bu rəqəm 770 minə kimi yüksəlmişdir. Bu da platformanın qeydiyyatlı istifadəçi sayında bir il ərzində 9% artım olduğunu göstərir. Hazırda isə, platformada qeydiyyatlı istifadəçi sayı 780 mindən çoxdur.
Qeyd edilib ki, 14 Aprel tarixində yaradılışının 13-cü ilini qeyd edən Hesab.az, bu artıma funksional yenilikləri, ödəmə xidmətlərinin genişləndirilməsi, göstərdiyi xidmət keyfiyyəti ilə müştəri məmnuniyyətinin təmin edilməsi və həmçinin də həyata keçirilən müxtəlif kampaniyaları ilə nail olmuşdur.
Şirkətdən aldığımız məlumata əsasən, 2024-cü ildə şirkətin göstəricilərinin daha da artırılması, yeni məhsul və xidmətlərin təqdim olunması və bazardakı mövqeyinin saxlanılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)



.jpg)






