Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Birjalar Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi qərarlarına təsir edə biləcək əsas inflyasiya hesabatını gözlədiyi üçün, ABŞ dolları cari həftəya sakit və məhdud dalğalanma ilə başladı. Bu arada, Yapon yeni son iki həftədə ən aşağı səviyyəyə yaxınlaşdığı üçün diqqəti cəlb etdi və Tokionun mümkün müdaxiləsi ilə bağlı narahatlıqları artırdı.
İnvestorlar, son əmək bazarı məlumatları və mərkəzi bankın şərhləri fonunda, bu il ABŞ-ın faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilərini yenidən nəzərdən keçirirlər. Cari bazar qiymətləri, sentyabr ayında faiz endirimi ehtimallarının 60% olaraq qiymətləndirir.
İndi diqqətlər bugün dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) və çərşənbə günü açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) məlumatlarına yönəlib. Proqnozlar, dəyişkən qida və enerji qiymətləri istisna olmaqla, İstehlak Qiymətlərinin Baza İndeksinin aprel ayında aylıq 0.3% artacağına və mart ayında görülən 0.4% artımla müqayisədə yavaşlayacağına işarə edir.
CPI-dan əvvəl, ABŞ-da PPI-ın bugün açıqlanması planlaşdırılır. Bu məlumatlar inflyasiya meylləri və onların Federal Ehtiyatlar Sisteminin 2% hədəfinə uyğun olub-olmaması barədə daha çox məlumat verəcəkdir.
Cari həftəin ilk ticarət günündə avro nisbətən dəyişməyərək 1.0786 səviyyəsində qalıb. Avro bu ay dollar qarşısında indiyədək 1% dəyər qazanıb. Britaniya funt-sterlinqi 1.2550 hədlərində ticarət edirdi ki, bu da may ayı üçün təxminən 0.5%-lik artımdan xəbər verir. Altı valyutadan ibarət səbətə nisbətdə dollar indeksi 105.25 səviyyəsində qərarlaşıb.
Yen, Yaponiya Maliyyə Nazirliyinin bazar müdaxilələrinə səbəb ola biləcək səviyyələrə yaxınlaşdığı üçün diqqət mərkəzindədir. Yen bir ABŞ dolları qarşısında sessiyanın əvvəlində iki həftənin minimumu - 156.500 səviyyəsini test etdikdən sonra, cüzi dəyər qazanıb və hazırda 156.320 hədlərində ticarət edilir.
Yaponiya Mərkəzi Bankının (BoJ) intervensiya edəcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, digər əsas iqtisadiyyatlarla müqayisədə Yaponiyanın aşağı gəlir mühiti səbəbindən bazar əhval-ruhiyyəsi yen üzrə aşağı olaraq qalır. Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki çərşənbə axşamı günü təsdiqlədi ki, hökumət və BoJ valyuta bazarını izləmək və iqtisadi əsasları əks etdirən sabit məzənnə əldə etmək məqsədi ilə əməkdaşlıq edir.
Beynəlxalq Valyuta Fondu Yaponiyanın yenin real tələb-təklif nisbətinə uyğun olaraq sərbəst dalğalanmasına imkan vermək səylərini etiraf edərək, bu yanaşmanın mərkəzi banka qiymət sabitliyinə nail olmağa kömək edəcəyini tövsiyə edib. BVF həmçinin yenin devalvasiyasının qarşısını almaq üçün monetar siyasətdən istifadə etməyin zəruriliyi barədə xəbərdarlıq edib.
Digər valyutalara gəldikdə isə, Avstraliya dolları və Yeni Zelandiya dolları cari həftənin əvvəlində üfüqi tendensiya sərgiləyirlər. Avstraliya dolları 0.6608$, Yeni Zelandiya dolları isə 0.6017$ səviyyələrində qərarlaşıblar.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
48 san. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
11 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
-
11 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
43 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
2 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Rəsmi məzənnələr açıqlandı
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
























