Avropa bankı Azərbaycandakı banka 10 milyon dollar kredit ayırdı
AYİB-in Azərbaycandakı uzunmüddətli tərəfdaşına 10 milyon ABŞ dollar məbləğində sindikatlaşdırılmış kredit ayrılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda mikro, kiçik və orta biznesin (KOB) inkişafına dəstək məqsədilə AccessBank-a maliyyə paketi təqdim edir.
AYİB-daən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, əsas kreditor (“lender of record”) kimi AYİB və B kreditoru (“B lender”) Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) olmaqla, Banka 10 milyon ABŞ dollarına (9,24 milyon avro) qədər sindikatlaşdırılmış kredit verəiləcək. İki tərəf hər biri yerli valyutada 5 milyon ABŞ dollarına (4,6 milyon avro) qədər vəsait təqdim edəcək.
Qeyd edilib ki, ayrılan vəsait yerli KOB-ların böyüməsini və rəqabət qabiliyyətini artırmaq məqsədi ilə onlara kredit vermək üçün istifadə olunacaq. AccessBank-ın məqsədi Azərbaycan üzrə yeni maliyyə imkanları təqdim etmək, yeni biznesləri cəlb etmək və ölkənin davamlı inkişafını dəstəkləməkdir.
Bankın AccessBank ilə yenilənmiş əməkdaşlığı AYİB-in ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyata əlavə dəstək kimi Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmağa imkan verəcək.
AYİB-in Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə Maliyyə Təşkilatları Direktoru George Orlov bildirib: “Bizim Azərbaycandakı missiyamız nəinki irimiqyaslı layihələri dəstəkləmək, həmçinin iqtisadiyyatın dayağı olan MKOB-ların inkişafına təkan vermək olub. Bugünkü imza bizim Azərbaycanda kiçik və orta sahibkarlıq üçün inkişaf və imkanların geniş və əhatəli olmasının təmin edilməsi məqsədi ilə AccessBank-a maliyyələşdirməni bütün Azərbaycan üzrə genişləndirməkdə dəstəyimizin göstəricisidir.”
“Finance in Motion” şirkətinin regional direktoru, EFSE-nin müşaviri Oksana Binzaru bildirib: “KOB-lara yerli valyutada maliyyə ayırmaqla, EFSE Azərbaycanda iqtisadi artımın və sabitliyin dəstəklənməsinə sadiqliyini bir daha təsdiqləyir. AccessBank ilə bu əməkdaşlıq yerli biznesin gücləndirilməsi və onların rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm addımdır”.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib: “Mən Azərbaycanda mikro, kiçik və orta müəssisələrin (KOB) maliyyələşdirilməsində AccessBank-ı yerli tərəfdaş kimi seçdikləri üçün Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) və Cənub-Şərqi Avropa üçün Avropa Fonduna (EFSE) təşəkkürümü bildirmək istəyirəm. Bu tərəfdaşlıq bizim etibarlılığımızı vurğulayır və biz əminik ki, bu, bizə strateji məqsədlərimizi mükəlləşdirməyə və regionda iqtisadi inkişafı dəstəkləməyə davam etmək imkanı verəcək.”
Qeyd edək ki, AccessBank 2002-ci ildən Azərbaycanın kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləmək və onlara sərfəli maliyyə xidmətləri təklif etmək üzrə ixtisaslaşmış kommersiya bankıdır.
EFSE Cənub-Şərqi Avropa və Şərq Qonşuluq regionunda fəaliyyət göstərən, KOB və fərdi ev təsərrüfatlarına maliyyə təmin edən sahibkarlıq fondudur.
AYİB Azərbaycanın ən böyük institusional investorudur. Bank ölkənin iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,7 milyard avrodan çox sərmayə ayırıb.
Müştərilərin xəbərləri

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
-
2 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
2 saat əvvəl
Ağdam da 5-ci yaşayış massivində yeni binaları tikəcək şirkətlər seçilir
-
2 saat əvvəl
"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa şirkətləri iqtisadi yavaşlamaya cavab olaraq iş yerlərini azaldırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Oktyabrın 1-də gözlənilən hava şəraiti

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
