Azərbaycan Banklar Assosiasiyası və Hakimlər İttifaqı anlaşdı
ABA və Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb31 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Azərbaycan Hakimlər İttifaqı İdarə Heyətinin sədri Ramiz Rzayev imzalayıblar.
Tədbiri giriş sözü ilə açan Z.Nuriyev iki qurum arasında konstruktiv əməkdaşlığın qurulmasına veridiyi dəstəyə görə Hakimlər İttifaqına, şəxsən cənab Ramiz Rzayevə təşəkkürünü bildirib. Memorandumun imzalanmasında məqsəd Hakimlər İttifaqı və ABA arasında qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində fəaliyyətin təşkili, bank sahəsində məhkəmə təcrübəsinin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və ictimaiyyətin bank sahəsi ilə bağlı hüquqi maarifləndirilməsinə dəstək göstərməkdən ibarət olduğunu bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Azərbaycan Hakimlər İttifaqı İdarə Heyətinin sədri Ramiz Rzayev çıxış edərək, bu gün bu tədbirin təşkil edilməsində əsas səbəb kimi Azərbaycan Hakimlər İttifaqının əsas fəaliyyət istiqamətlərinə müsbət təsir göstərəcək növbəti qarşılıqlı əməkdaşlıqların yaradılması və ictimaiyyətə çatdırılması olduğunu qeyd edib. Azərbaycan Banklar Assosiasiyasının Respublikada fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının ortaq maraqlarını təmsil edən, bank sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində uğurla xidmət edən nüfuzlu bir təşkilat olduğuna vurğu edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində aparılmış islahatların və sahibkarlığın inkişafına dəstək proqramlarının məntiqi davamı olaraq, bank sektoru təşkilatlarının hüquqi müstəvidə qarşılaşdığı elmi-nəzəri və praktiki problemlərə maarifləndirici dəstəyin verilməsinə ehtiyac yarandığını bildirərək, bu gün imzalanacaq memorandumun bu məsələdə qarşılıqlı əməkdaşlığımıza faydalı olacağına və müstəqil fəaliyyətlərimizə töhfələr verəcəyinə əminliyini vurğulayıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















