Buxarestə AZAL-ın ilk reysi baş tutdu
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 3-də Bakı-Buxarest-Bakı marşrutu üzrə ilk reysini uğurla həyata keçirib.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
Buxarestdə aviaşirkətin ilk reysinin yerinə yetirilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm naziri Ştefan-Radu Oprea, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin Turizm Baş İdarəsinin baş direktoru İoana Podosu, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Satış və əməkdaşlıq idarəsinin rəisi Çingiz Mürsəlov, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
İştirakçılar öz çıxışlarında Azərbaycan və Rumıniya arasında əlaqələrin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı turizm mübadiləsinin stimullaşdırılması üçün Bakı-Buxarest-Bakı marşrutu üzrə birbaşa aviareyslərin açılmasının vacibliyini vurğulayıblar. Azərbaycanın turizm ölkəsi kimi tanıdılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyi, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığı bildirilib.
Qeyd edilib ki, birbaşa uçuşların açılması Azərbaycanı rumıniyalı turistlər üçün daha əlçatan edəcək və iki ölkə arasında turist axınına müsbət təsir göstərəcək. Turizm əlaqələrinin inkişafı iki ölkənin xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.
Bakı-Buxarest-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
2 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























