"Hazırda verilən kreditlərin 95 %-dən çoxu sığorta ilə təmin edilməyib"
Azərbaycan banklarının əsas hədəfi müştərilərinə sığorta məhsullarını münasib qiymətə təqdim etməkdir.
Bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliklərinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında ABA-nın prezidenti Zakir Nuriyev bildirib.
"Hazırda verilən kreditlərin 95 %-dən çoxu sığorta ilə təmin edilməyib. Bazar böyüdükcə sığorta haqlarının azalmasını müşahidə edə biləcəyik", - deyə o qeyd edib.
"Həyat sığortası zaminlik problemlərinin həll edilməsinə şərait yaradır"
ABA-nın prezidenti Zakir Nuriyev qeyd edib ki, Azərbaycanda istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması zaminlik problemlərinin həll edilməsinə şərait yaradır.
"Bu gün sizin həmkarlarınız da sizdən bu və yaxud digər borclarına zamin durmağı xahiş edirlər. Bundan sonra ən sadə yolla deyəcəksiniz ki, həyatını sığortalatdır, rahatlıqla sizə kredit verəcəklər. Bu, ətəndaşlarımızın münasibətlərinin inkişafına təkan verir. Zaminlik məsələsi insanlar arasında kifayət qədər problemli məsələdir. Artıq bu alətlə bu problemi də çözəcəyik. Bununla da insanlar arasında münasibətlərin daha sivil formada qurulmasına şərait yaranacaq", - deyə o qeyd edib.
Zakir Nuriyev əlavə edib ki, Azərbaycanda istehlak krediti götürən fiziki şəxslərin həyatını sığortalaması sürətlə genişlənəcək
“Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının daha əlverişli şərtlərlə həyat sığortasına əlçatanlığını təmin edəcək", - deyə o əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 22 san. əvvəl
-
-
10 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 26 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”





















