“S&P”: Manatın məzənnəsinə təzyiqin azalması fonunda əmanətlərin dollarsızlaşdırılması sürətlənə bilər

Azərbaycanda əmanətlərin dollarlaşması son illərdə nəzərəçarpacaq dərəcədə azalaraq pandemiyadan əvvəlki 55 %-dən 2024-cü ilin aprel ayına olan məlumata görə 37 %-ə enib.
Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.
“Hesab edirik ki, sabit məzənnə və əlverişli, büdcədə nəzərdə tutulandan yuxarı neft qiymətləri fonunda xarici valyutada depozitlər üzrə 2,5 %-lə müqayisədə milli valyutada depozitlər üzrə orta faiz dərəcəsinin (8,4%) xeyli yüksək olması manatla əmanətlərin cəlbediciliyini artırıb. Lakin fikrimizcə, manatın məzənnəsinə aşağı yönlü təzyiqin artması ssenarisində ölkə sakinləri inflyasiya və valyuta risklərindən sığortalanmaq üçün tez bir zamanda yenidən dollarsızlaşdırmanı həyata keçirə bilər”, - agentliyin analitikləri hesab edirlər.
Hesabatda vurğulanıb ki, Azərbaycanın bank sektoru uzun sürən korreksiyadan sonra bərpa əlamətləri göstərir: “Bir neçə illik durğunluqdan sonra 2020-ci ildən kredit aktivliyi bərpa olunub və pul-kredit siyasətinin tədricən yumşaldılması 2024-2025-ci illərdə kreditəşmənin artımını dəstəkləyəcəyini gözləyirik. Hesab edirik ki, kredit portfeli tədricən dəyişdiyi üçün problemli kreditlərin payı növbəti iki il ərzində artaraq orta hesabla 4 %-ə çata bilər. Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonunda bu göstəricinin 2,6 % olacağını bəyan etmişdi”.
Azərbaycan üç il ərzində dövlət büdcəsinin və cari hesabın ikiqat profisitini qoruyacaq
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib.
Qeyd edilib ki, neft hasilatının ortamüddətli perspektivdə azalacağına dair proqnozlara baxmayaraq, sabit proqnoz Azərbaycanın əhəmiyyətli fiskal və xarici buferlərinin iqtisadiyyatı istənilən yeni ticarət şoklarından qorumağa kömək edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.
“Azərbaycanın güclü maliyyə və xarici fond mövqeləri onun suveren reytinqlərini dəstəkləyir. Hökumət Azərbaycan Dövlət Neft Fondunda xeyli likvid aktivlər toplayıb. Hökumətin 2027-ci ilə qədər ÜDM-in təxminən 70 %-ni təşkil edəcək likvid aktivlərə çıxış əldə edəcəyini, ümumi dövlət borcunun ÜDM-in 20 %-i səviyyəsində sabitləşəcəyini proqnozlaşdırırıq. Neftin qiymətlərinin 2024-cü ilin sonuna qədər orta hesabla 1 barel üçün 85 ABŞ dolları və növbəti illərdə 1 barel üçün 80 ABŞ dolları olacağı proqnozuna əsaslanaraq Azərbaycanın 2024-2027-ci illər ərzində dövlət büdcəsi (orta hecabla ÜDM-in 1,7 %-i səviyyəsində) və cari əməliyyatlar hesabında (ÜDM-in 7 %-i) ikiqat profisit yaratmağa davam edəcəyini gözləyirik”, - hesabatda qeyd olunub.
Beynəlxalq reytinq agentliyinin analitikləri hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı ÜDM-in təxminən 50 %-ni, məhsul və xidmətlərin ixracının 80 %-ni təşkil edən neft-qaz sektorunda cəmləşib: “Nəticədə Azərbaycan karbohidrogen qiymətlərində potensial mənfi dəyişikliklərə qarşı həssas olaraq qalır. Məsələn, 2015-ci ildə neft qiymətlərinin aşağı düşməsi nəticəsində Azərbaycanın büdcə kəsiri ÜDM-in 7 faiz bəndindən çox eniş edib, cari əməliyyatlar hesabının ÜDM-də payı 14 faiz bəndi zəifləyib, xalis ehtiyatlar yarıdan çox azalıb, əmanətlər dollara çevrilib və milli valyuta devalvasiyaya uğrayıb. Hesab edirik ki, Azərbaycanın bufer ehtiyatları əhəmiyyətli dərəcədə olsa da, onun təmərküzləşmiş iqtisadiyyatını əsas ixrac qiymətlərinin düşməsinin tam təsirindən tam qoruya bilməz. Xüsusən də neft hasilatındakı struktur azalmaları bu qoruyucu buferlərin miqyasını daha da məhdudlaşdırdığı halda belə enişlər davamlı olarsa”.
“S&P” 2024-2027-ci illərdə Azərbaycanın iqtisadi artımının orta hesabla təxminən 2 % olacağını proqnozlaşdırır və bu da karbohidrogen hasilatı sahəsində durğunluğu və qeyri-neft sektorunda ildə 3-4 %-lik artımı əks etdirir.
“2024-cü ilin ilk dörd ayı ərzində Azərbaycanın iqtisadi artımı daha güclü dinamika nümayiş etdirib: neft sektorunda azalmanın baş verdiyi fonda əsasən qeyri-neft sektoru hesabına real ÜDM illik müqayisədə 4,3 % artıb. 2023-cü ildə bu göstərici 1,1 % olub. 2024-cü ilin yanvar-aprel aylarında yük və sərnişin daşımalarının, informasiya-kommunikasiya xidmətlərinin və pərakəndə ticarət dövriyyəsinin genişləndirilməsi hesabına qeyri-neft sektoru 8 %-ə yaxın artıb. Biz həmçinin tikinti sektorunda güclü artımı qeyd edirik. Bu isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qoyulan investisiyaları əks etdirir”, - hesabatda vurğulanıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat sonra
-
8 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
-
- 11 d. əvvəl
- 23 d. əvvəl
- 36 d. əvvəl
- 42 d. əvvəl
-
46 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Ən çox oxunanlar

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
