“Baku ID” möhtəşəm bir tədbirlə yenidən qarşınızdadır
“Bakı Kristal Zal”da startaplar və investorlar üçün böyük tədbir baş tutacaq. “Baku ID”, 27-28 iyun tarixlərində “Bakı Kristal Zal”da baş tutacaq sayca üçüncü olan tədbir üçün bilet satışına start verib.
(®) SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı çərçivəsində startapını təqdim edərək investor cəlb etmək istəyənlər üçün əla bir fürsət təşkil edilmişdir. Baş sponsorluğunu Elm və Təhsil Nazirliyi, SOCAR, 4SİM, PAŞA Holding, ABB, Mappable və IDDA ilə nəzdində tərəfdaşlığını təşkil edən “Baku ID”, 27-28 iyun tarixlərində “Bakı Kristal Zal”da baş tutacaq sayca üçüncü olan tədbir üçün bilet satışına start verib.
Builki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alacaqdır.
Bu böyük tədbir startapların investorların diqqətini cəlb etmək üçün əvəzsiz bir fürsət yaradır.
Tədbir çərçivəsində “Startup Wise Guys”, “White Hill Capital”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp”, "Aloqa Ventures" və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə startap fondu yaradılıb və razılığa əsasən fondun büdcəsi 1.000.000 dollar olaraq razılaşdırılmışdır. Lakin bu məbləğ digər partnyorların dəstəliyi ilə artmağa davam etməkdədir. Bu, həmçinin ölkə tarixində bir innovasiya tədbirində verilən ən böyük həcmli mükafat fondudur. Bununla da “Baku ID” ekosistemin inkişafı üçün bir çox ilklərə imza atır. Startaplar üçün fürsətlər bununla da yekunlaşmır. Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə tədbir zamanı startaplar "Startup Battle" konsepsiyası çərçivəsində mübarizə apararaq 15.000 AZN qrant mükafatının sahibi ola bilərlər.
Tədbirdə Ayumi Moore AOKİ, Roman Levrentev, Dana Al Salem kimi şəxslərin və “Google”, “Sandbox”, “Hungri Games”, “HepsiBurada Global” kimi şirkətlərin iştirakı nəzərdə tutulmuşdur. Onların çıxışları və təqdimatları startapların ilham alması və öz layihələrini inkişaf etdirməsi üçün böyük bir motivasiya olacaqdır.
Tədbir boyunca startaplar investorlar ilə əlaqə qurmaq, öz ideyalarını təqdim etmək və potensial olaraq investesiya əldə etmək üçün geniş imkanlar əldə edəcəkdir. Bundan başqa, tədbirdə dövlət rəsmiləri Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Gənclər və İdman naziri Fərid Qayıbov, bir sıra digər yerli və xarici partnyor nümayəndələrinin iştirak və çıxışları nəzərdə tutulmuşdur.
Qeyd edək ki, “Baku ID” innovasiya festivalı fəaliyyət dövrü çərçivəsində onlarla startapın inkişafına dəstək verərək minlərlə şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olmuşdur. Ümumilikdə isə 1.7 milyon AZN-dən çox startapların investisiya alması üzrə uğur qazanmışdır.
“Baku ID” innovasiya festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.bakuid.com veb-saytına keçid edə və sosial media kanalları vasitəsilə izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
15 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 23 d. əvvəl
-
- 28 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
1 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
2 saat əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
2 saat əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
Son Xəbərlər

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
Ən çox oxunanlar

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
