Silk Way West Airlines Qırğızıstandan Azərbaycana yak daşınmasını uğurla həyata keçirib
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan Silk Way West Airlines Qırğızıstandan Azərbaycana 116 yakın daşınmasını uğurla həyata keçirib. Bu missiya Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında Kəlbəcərdə heyvandarlıq proqramını gücləndirmək məqsədilə həyata keçirilib və aviaşirkətin kənd təsərrüfatının dayanıqlı inkişafına dəstəyini nümayiş etdirir.
Azərbaycanın kənd təsərrüfatı biomüxtəlifliyi üçün önəmli olan yaklar Bişkekin Manas Beynəlxalq Hava Limanından Gəncə Hava Limanına Boeing 747-400F təyyarəsi ilə 2000 kilometrdən artıq məsafə qət ediblər. Ən yüksək standartları təmin etmək üçün yaklar zədə və stressdən qoruyan xüsusi hazırlanmış qəfəslərə yerləşdirildi. Səyahət boyu optimal şərait üçün təyyarə qabaqcıl havalandırma və temperatur nəzarət sistemləri ilə təchiz olunub.
Uçuşdan sonra yaklar ehtiyatla Kəlbəcərin gur otlaqlarındakı yeni evlərinə çatdırıldı. Orada onlar yerli kənd təsərrüfatına töhfə verəcək və bölgədəki mal-qaranın genetik müxtəlifliyini artıracaqlar.
Silk Way West Airlines heyvanların daşınmasında mürəkkəb əməliyyatlarının idarə edilməsində çoxillik təcrübəyə malikdir. Şirkətin portfelinə alpaka, kenquru, it, at və Avropa bizonu kimi müxtəlif növ heyvanların təhlükəsiz daşınması daxildir və bu, onun geniş imkanlarını və heyvanların qorunmasına olan sadiqliyini nümayiş etdirir.
Silk Way West Airlines aviaşirkətinin MDB və Mərkəzi Asiya üzrə vitse-prezidenti Vüqar Məmmədov şirkətin bu təşəbbüsdəki rolundan qürur duyduğunu bildirib. "Diri heyvanların peşəkarcasına daşınması vasitəsilə dayanıqlı kənd təsərrüfatının və biomüxtəlifliyin dəstəkləməsindən şərəf duyuruq. Kənd Təsərrüfatı Nazirliyi ilə uğurlu əməkdaşlığımız yerli ekosistemləri gücləndirmək və qlobal davamlılıq səylərinə töhfə vermək öhdəliyimizi vurğulayır", - deyə cənab Məmmədov bildirib.
Bu layihə Silk Way West Airlines-ın ekoloji davamlılığa dəstək və yerli icmaların inkişafına yardım kimi geniş korporativ sosial məsuliyyət məqsədlərinə uyğundur.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.
Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını dörd Boeing 777F, iki Boeing 777-8F və iki Airbus A350F daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb





















