"Adambaşına düşən sığorta haqqının 195 manata çatdırılmasını nəzərdə tuturuq"
“Azərbaycan son illərdə iqtisadi və siyasi nüfuzuna görə regionda etibarlı strateji tərəfdaşa çevrilib. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatımızın davamlı inkişafını onun maliyyə dayanıqlılığının güclənməsini və sürətlə müasirləşməsini şərtləndirib”.
Marja.az xəbər verir ki, bunu Mərkəzi Bankın Sədri Taleh Kazımovun Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
Mərkəzi Bankın sədri qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olub. Bu dövrdə də əhalinin və biznesin maddi rifahının gücləndirilməsi istiqamətində bir sıra islahatlar həyata keçirilir. İqtisadi inkişafda maliyyə sektoru xüsusilə də sığorta sektoru mühüm rol oynamaqdadır.
Kazımov bildirib ki, son illərdə sığorta sektorunda da davamlı institutsional islahatlar həyata keçirilib infrastruktur xeyli təkmilləşdirilib və əhəmiyyətli nəticələr əldə edilib:
“Sığorta sahəsi üzrə müşahidə olunan müsbət dinamikadan danışmaq istəyirəm: Son 3 ilin göstəricilərinə əsasən sektorun cəmi aktivlərində artım 34.2% cəmi kapitalında artım isə 7.7% təşkil edib. Bu dövrdə sığorta haqları da 494 milyon manat artaraq 1 milyard 222 milyon manatı keçib. Sığorta ödənişləri isə analoji dövrdə 26.3% artaraq 587 milyon manata çatıb. Sığorta bazarının həcmi Ümumi Daxili Məhsulun 1%-ni ötüb.
Sektorun inkişafını şərtləndirən bir sıra məqamları xüsusi vurğulamaq istəyirəm:
- Ötən dövrdə beynəlxalq qanunvericiliyə və sığorta prinsiplərinə uyğun olaraq sığorta sahəsində risk əsaslı nəzarətin təmin edilməsi və sığortaçılarda korporativ idarəetmənin təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib.
- Sığortaçıların investisiya fəaliyyətinin tənzimlənməsi təkrarsığorta fəaliyyətinin təkmilləşdirilməsi və sığorta ehtiyatlarının formalaşdırılması eləcə də müstəqil ekspert institutunun gücləndirilməsi üzrə müvafiq işlər görülüb.
-Sığortalılarla ədalətli rəftarın təmin olunması üçün sığorta xidmətlərinin infrastrukturu yaxşılaşdırılıb və cəmiyyətdə sığorta mədəniyyətinin yüksəldilməsi üçün genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib.
-Satış kanallarının genişləndirilməsi requlyativ-institusional vasitələrlə innovativ könüllü sığorta növlərinin təşviqi və icbari sığorta mexanizmləri təkmilləşdirilib.
-Sığorta ilə bağlı vahid məlumat mənbələrinə çıxışın artırılması və istehlakçıların hüquqlarının müdafiəsi daha da gücləndirilib.
-İstehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilə cari ilin əvvəlində maliyyə sektorunda ilk dəfə olaraq Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyasının birgə fəaliyyəti təşkil edilib”.
Mərkəzi Bankın sədri əlavə edib ki, bu fəaliyyətin nəticəsində mövcud tənzimləmə çərçivəsi üzrə yeni şərtlər formalaşdırılaraq Mərkəzi Bankın qərarı ilə müvafiq qaydalara əlavə və düzəlişlər təsdiq edilib: Qeyd olunan dəyişiliklər istehlak krediti götürən şəxslərin həyat risklərinə qarşı müdafiəsinin gücləndirilməsinə kreditləşmə və sığortalama sahəsində istehlakçıların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir;.
Taleh Kazımov qeyd edib ki, müsbət dinamikaya baxmayaraq sığorta bazarının inkişaf potensialı yüksək olaraq qalır: “Bu səbəbdən sığorta bazarının inkişaf etdirilməsi və müasir tələblərə uyğunluğunun təmin olunması Mərkəzi Bankın strateji prioritetlərinə daxil edilib.
Bu məqsədlə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən təsdiq olunaraq icrasına başlanılıb. İnkişaf strategiyası maliyyə xidmətlərinin və maliyyə bazarlarının qarşılıqlı funksionallığının yüksəldilməsini nəticə olaraq maliyyə sabitliyinin təmin olunmasını strateji istiqamət kimi müəyyən edib. Strategiyada sığorta məhsullarının paylama kanallarının genişləndirilməsi icbari və könüllü sığorta növlərinin nüfuzetmə səviyyəsinin yüksəldilməsi qanunvericilik təşəbbüsləri çərçivəsində nəzərdə tutulub. Təşəbbüslər sırasında rəqəmsal transformasiyanın reallaşdırılması da öz əksini tapıb.
Strateji təşəbbüslərindən sığorta bazarına etimadın yüksəldilməsini xüsusi vurğulamaq istərdim. Bu sahədə görülən işlərin nəticəsi olaraq sektora inam indeksinin 66%-dən 80%-ə yüksəlməsini gözləyirik. Bununla yanaşı adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan 61% artaraq 195 manata çatdırılmasını nəzərdə tuturuq”.
Onun sözlərinə görə, hazırda maliyyə sektorunun müxtəlif sahələrində olduğu kimi sığorta sektorunda da müştəriyönümlü optimal xərclə maksimum keyfiyyətin təmin olunmasını hədəfləyən və innovasiyalara əsaslanan biznes model tətbiq olunur. Müasir texnologiyaların tətbiqi nəticəsində sığorta xidmətlərinə əlçatanlıq genişləndirilir və yüksək müştəri məmnuniyyəti təmin edilir. Sektorda innovativ həllərin tətbiqi həm də xərclərin optimallaşdırılmasına imkan verir:
“Qeyd olunan məsələlər nəzərə alınaraq Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlanılıb. Xüsusi tənzimləmə rejimi maliyyə sektorunun innovasiya tutumluluğunu dəstəkləməklə yanaşı potensial risklərin qabaqlayıcı formatda effektiv idarə edilməsinə imkan verəcəyi gözlənilir.
Digər mühüm prioritet dayanıqlı maliyyəyə keçid məsələsidir. Qlobal iqlim dəyişikliyinin təsirləri dünyada baş verən təbii fəlakətlər həm əhali və biznes subyektləri həm də dövlətlər üçün böyük maliyyə itkilərinə səbəb olur. Belə bir dövrdə ekoloji, sosial və idarəetmə (ESİ) amillərinin mühümlüyü artır.
Bu səbəbdən dayanıqlı inkişaf məqsədləri ilə uzlaşan milli prioritetlərin reallaşdırılmasına töhfə vermək eləcə də dayanıqlı maliyyə axınlarını təmin etmək məqsədilə Mərkəzi Bank tərəfindən 2023-2026-cı illər üçün “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi” təsdiq edilib. Bu strateji sənəddə nəzərdə tutulan tədbirlər dayanıqlı maliyyə sistemi və onun sabitliyinin dəstəklənməsinə yönəlib.
Mərkəzi Bank beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində ölkədə sığorta bazarının tənzimlənməsi rəqəmsallaşması kadr potensialının gücləndirilməsi eləcə də infrastrukturunun inkişafı üzrə təcrübə mübadiləsi həyata keçirir. Bu məqsədlə “Azərbaycan İnsurtech Zirvəsi” və “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransını xüsusi vurğulamaq istərdim. Bu növ tədbirlər həm təcrübə mübadiləsi həm də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımdan böyük əhəmiyyət daşıyır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
45 d. əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
-
1 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
2 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
-
3 saat əvvəl
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib
-
3 saat əvvəl
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
-
3 saat əvvəl
İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib
-
3 saat əvvəl
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
Ən çox oxunanlar
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir
Martın 5-də gözlənilən hava şəraiti
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB






















