"Bu kolleclərdə oxumaq üçün artıq 1000-dən çox müraciət var"
İyunun 25-də - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibə verib.
Marja xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov antiterror əməliyyatlarından danışarkən deyib:
Yeni, müasir silah almaq işin 10 faizidir. Burada şərtlər var, bu silahı saxlamaq şərtləri. Məsələn, indi müasir silahları elə şəraitdə saxlamaq lazımdır ki, o, texniki baxımdan döyüşə tam hazır vəziyyətdə olsun. Orada kondisionerlər işləyir və digər məsələlər. Təsəvvür edin, elə raket sistemləri var ki, onların üzərində gündəlik 15 əməliyyat keçirirlər ki, o, döyüş vəziyyətinə daim hazır olsun. Biz gördük ki, 44 günlük Vətən müharibəsində düşmənin bu məsələdə problemləri var idi. Atırdılar, haraya gedirdi bilinmirdi. Yəni ki, digər problemlər də var idi – silahların, sursatların saxlanması prosesi, bunları daim bərpa etmək məsələsi. Cənab Prezident də dediyi kimi, ən vacib məsələ bunlardan istifadə edən insandır. Bunların hazırlanması işin 50 faizidir, şəxsi heyətin hazırlanması da digər 50 faiz. Burada qeyd etməliyik ki, cənab Prezident buna xüsusi diqqət yetirir. Bilirsiniz ki, cənab Prezidentin tapşırığına əsasən biz qardaş Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq edirik. Türkiyə Silahlı Qüvvələri NATO-nun aparıcı ordularından biridir. Biz onların təcrübəsindən bəhrələnirik və tətbiq edirik. Xüsusilə də Milli Müdafiə Universitetinin yaradılması barədə Sərəncam var. Bilirsiniz ki, Milli Müdafiə Universitetinin tərkibində yeni hərbi kolleclərin yaradılması ilə bağlı Prezidentin Sərəncamı oldu. Bu, Azərbaycan Ordusunun peşəkarlığının artırılması istiqamətində böyük addımdır. Hətta gənclərin hərbi peşəyə marağının artırılması üçün orada maliyyə şərtləri çox gözəldir. Yəni, bu istiqamətdə böyük işlər görülür. Biz Naxçıvanda, Bakıda kolleclərin sosial bazasını yaratmışıq. Görürük ki, böyük maraq var. Bu kolleclərdə oxumaq üçün artıq 1000-dən çox müraciət var. Bu kolleclərin fəaliyyəti, ümumiyyətlə, peşəkar kadrların hazırlanmasına yönəlib. Bu, çox önəmlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








