İctimai nəqliyyatda təhlükəsizlik qaydaları ilə bağlı yeni layihə - start verildi
“Ailə və Ətraf Mühit” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” adlı layihənin icrasına başlayıb.
Təşkilatın sədri İlhamə Qurbanova bildirib ki, əsasən yol hərəkəti iştirakçıları olan piyadaların, sürücülərin və ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin, habelə məktəb yaşlı uşaqların, yeniyetmə və gənclərin yol hərəkəti qaydaları və ictimai nəqliyyatdan təhlükəsiz istifadə olunması ilə bağlı maarifləndirici işlərin həyata keçirilməsini nəzərdə tutan layihə iki istiqamətdə - yol hərəkəti iştirakçıları və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında reallaçdırılacaq:
“Layihə çərçivəsində keçiriləcək tədbirlərdə piyada, sürücü və sərnişinlərin maarifləndirilməsi və məktəblərdə şagirdlərlə görüşlərin təşkili, onların ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirilməsi və davranış qaydalarının aşılanması nəzərdə tutulur”.
İ.Qurbanova ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləməyi, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltməyi, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmağı, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları, habelə avtobus sürücüləri tərəfindən qayda pozuntusu və sərnişinlərə qarşı hörmətsizlik halları ilə qarşılaşan zaman müraciət etməli olduqları qurumlar haqqında məlumat verməyi, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmağı layihədən irəli gələn əsəs vəzifələr olduğunu vurğulayıb.
3 ay davam edəcək layihənin birinci istiqaməti üzrə ictimai reydlər Bakı şəhərinin mərkəzi ərazilərində, ikinci istiqamət üzrə fəaliyyətlər isə əsas paytaxtın mərkəzi və ətrafı qəsəbələrində fəaliyyət göstərən məktəblərdə həyata keçiriləcək. Sonuncu mərhələdə işçi qrupun, KİV-in, tərəfdaş dövlət qurumlarının və geniş ictimaiyyətin iştirakı ilə maarifləndirici tədbir keçiriləcək. Tədbirdə yol hərəkəti təhlükəsizliyi sahəsində mövcud olan problemlər, onların həlli perespektivləri, əldə olunan nəticələr və ictimai sektorun dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə töhfəsi müzakirə olunacaq. Eyni zamanda, sosial şəbəkələrdə layihə ilə bağlı aktiv fəaliyyət təşkil olunacaq.
“Beləliklə, biz əsas yol hərəkəti iştirakçıları olan piyadalar və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər və ictimai nəqliyyat vasitələrinin sürücüləri, habelə cəmiyyətimizin və ölkəmizin gələcəyi olan uşaqları qorumaq məqsədilə bu tədbirlərin keçirilməsində qətiyyət nümayiş etdirmək niyyətindəyik”, - deyə təşkilat rəhbəri bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)

