"FINCA Azerbaijan"ın yeni istiqrazları üçün “Açılış Zəngi” çalındı, ticarətinə başlandı
11 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında "FINCA Azerbaijan" QBKT MMC-nin istiqrazlarının ticarətə başlaması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilib.
Birjanın yaydığı məlumata görə, ümumi dəyəri 2,5 milyon ABŞ dolları həcmində olan yerləşdirmənin anderrayteri Bakı Fond Birjasının üzvü olan “Unicapital İ.Ş.” ASC-dir.
Tədbir zamanı emitent tərəfindən "FINCA Azerbaijan", Bakı Fond Birjası və BFB-nin üzvü olan Unicapital İnvestisiya Şirkətinin nümayəndələri iştirak etmişdir. Bakı Fond Birjasının Baş kommersiya inzibatçısı Oqtay Qasımov tədbiri açıq elan edərək, "FINCA Azerbaijan" şirkətinin BFB vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasındakı əhəmiyyətini vurğulamışdır.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınmış və Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 d. əvvəl
AniPay mobil tətbiqinin və anipay.az saytının fəaliyyəti dayandırılır
-
-
13 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib
- 17 d. əvvəl
-
24 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə reytinqini yaxşılaşdırıb
- 37 d. əvvəl
-
54 d. əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 59 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə reytinqini yaxşılaşdırıb
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb




























