“Azərkontrakt”ın xalis mənfəəti kəskin azalıb
“Azərkontrakt” ASC 2023-cü ili 41 milyon 703 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 148 milyon 104 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərkontrakt”ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 106 milyon 401 min manat və ya 71,2% azalıb.
Marja.az “Azərkontrakt” ASC-nin 2023-cü il üzrə Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, “Azərkontrakt” təbii qazın satışından gəliri 2022-ci ildə 1 milyard 674 milyon 715 min manat ikən, 2023-cü ildə 1 milyard 520 milyon 829 min manata düşüb (153 milyon 886 min manat azalıb). Gəlirin azalmasına baxmayaraq Şirkətin əməliyyat xərclərinin cəmi məbləği düşməyib, 2022-ci ildə olduğu kimi 1,5 milyard manat səviyyəsində qalıb.
Ötən il “Azərkontrakt”ın satdığı 1 milyard 520 milyon 829 min manatlıq təbii qazın 1 milyard 383 milyon 597 min manataını və ya 91%-ni maya dəyəri təşkil edib.
Həmçinin, “Azərkontrakt” ASC ötən il təbii qazın nəqlindən 34 milyon 101 min manat (2022-ci ildə 34 milyon 774 min manat), faiz gəliri olaraq isə 2 milyon 768 min manat (2022-ci ildə 1 milyon 378 min mant) gəlirə əldə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” ASC-yə həvalə edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 13 d. əvvəl
-
-
14 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
25 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb





.jpg)
.jpg)







.jpg)







