"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
Azərbaycanda qocaman sement istehsalçısı "Holcim Azərbaycan" ASC (Qaradağda yerləşən sement zavodu) 2023-cü ili 12 milyon 922 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 6 milyon 613 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Holcim Azərbaycan" şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 6 milyon 309 min manat və ya 95,4% (təxminən 2 dəfə) artıb.
GƏLİRİ ARTIB
Marja.az Şirkətin illik hesabatına istinadən xəbər verir ki, "Holcim Azərbaycan"ın satışdan gəlirləri 2022-ci ildə 145 milyon 568 min manat ikən, 2023-cü ildə 166 milyon 535 min manata yüksəlib (20 milyon 967 min manat və ya 14,4% artıb).
31 dekabr 2023-cü il tarixində "Holcim Azərbaycan" ASC-nin bölüşdürülməmiş mənfəəti 107 milyon 956 min manat təşkil edib. Bu 2022-ci ilin sonu ilə müqayisədə 6 milyon 309 min manat çoxdur (2022-ci ilin sonunda 101 milyon 647 min manat idi).
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2023-cü il tarixində "Holcim Azərbaycan" 299 milyon 682 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 280 milyon manat cəmi aktivlərə malik idi.
"Holcim Azərbaycan" ASC-nin nizamnamə kapitalının böyük hissəsi İsveçrə şirkətlərinə məxsusdur.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
12 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 17 d. əvvəl
-
-
23 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
28 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 57 d. əvvəl
-
59 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb















.jpg)








