Rəqəmsal tələbə kartı artıq tələbələrin istifadəsinə verilir
Yeni tədris ilindən AzTU tələbələri “mygov” platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir.
Belə ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə nəzərdə tutulub.
Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb platforması vasitəsilə yoxlaya biləcək.
Tələbə daha sonra “mygov” mobil tətbiqində “paylaşdığım məlumatlarım” bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər.
Qeyd edək ki, “mygov” rəqəmsal hökumət platforması İnnoasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 saat sonra
-
- 14 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















