34-nün illik ixracı 100 min dolları, 24-nün isə 1 milyon dolları üstələyir - AZƏRBAYCAN 4-CÜ YERƏDİR
Azərbaycanda kənd təsərrüfatının ənənəvi və önəmli sahələrindən biri də fındıqçılıq sahəsidir. Bu sektor artan əkin sahələri, əlverişli iqlim və dövlətin strateji təşəbbüslərinin sinerjisi nəticəsində qeyri-neft sektorunun ixracına mühüm töhfə verməyə davam edir. Bu kompleks tədbirlər sayəsində ölkəmiz qlobal səviyyədə dünyanın ixrac liderləri arasında mövqeyini möhkəmləndirib.
Beynəlxalq Ticarət Mərkəzinin (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Ümumdünya Ticarət Təşkilatı ilə birgə mandata malik çoxtərəfli agentlik) 2023-cü il üzrə son məlumatlarına görə, Azərbaycan qlobal meşə fındığı ixracatçıları siyahısında 4-cü yerdə qərarlaşıb.
Sıralamada ilk üç pillədə Türkiyə, Çili və İtaliya yer alıb.

Fındığın əsas ixrac bazarları
Üstün keyfiyyəti və zəngin dadı sayəsində yerli meşə fındığına beynəlxalq bazarlarda yüksək tələbat formalaşıb. Hazırda əsasən Rusiya, Almaniya, İtaliya və İsveçrəyə ixrac olunan meşə fındığı qeyri-neft ixracının şaxələndirilməsi çərçivəsində 2023-2024-cü illərdə Ukrayna, Belçika, Estoniya və İsrail kimi yeni ölkələrə də ixrac olunmağa başlayıb.
Azərbaycanda fındıq yığımının 99 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür. 2023-2024-cü illərin statistik göstəricilərinə görə, Azərbaycanda əsasən 39 şirkət fındıq ixrac edir. Onlardan 34-nün illik ixracı 100 min ABŞ dollarını, 24-nün isə illik ixracı 1 milyon ABŞ dollarını üstələyir.
Geniş əkin sahələri və yüksək məhsul yığımı
Azərbaycanda fındıqçılıq geniş əkin sahələri və yüksək məhsuldarlıqla xarakterizə olunur. Belə ki, 2023-cü ilin sonuna fındıq əkmələrinin sahəsi 81 801,5 hektar təşkil edib. Cəmi məhsul yığımı isə ötən il 4,6 faiz artaraq 75 409,3 tona çatıb. Ölkəmizin ən çox fındıq bağlarının yerləşdiyi Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında 2023-cü ildə fındıq yığımı müvafiq olaraq 56 580,1 ton və 13 714,6 ton təşkil edib.
İxracatçılara göstərilən dövlət dəstəyi
Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılması kimi strateji hədəfi olan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO kənd təsərrüfatı məhsullarının, xüsusilə, fındığın ixracının genişləndirilməsində və coğrafiyasının şaxələndirilməsində mühüm rol oynayır. İxracın təşviqi mexanizmlərinin tətbiqi vasitəsilə qeyri-neft ixracının stimullaşdırılmasına töhfə verən AZPROMO-nun dəstəyi ilə fındıq ixrac edən 9 yerli şirkət 2023-cü ildə "Anuga 2023” və 6-cı Çin Beynəlxalq İdxal sərgiləri, 2024-cü ildə isə "Foodex Japan 2024", "Prodexpo 2024" və "Russia Halal Expo 2024" kimi sərgilərdə, eləcə də Cənubi Koreya şirkətlərinin Azərbaycana təşkil olunmuş alıcı missiyasının görüşündə iştirak edib.
© Azərtac
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 28 d. əvvəl
-
-
43 d. əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
50 d. əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
58 d. əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
-
1 saat əvvəl
Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
-
1 saat əvvəl
Bakı Fond Birjası Tabadul Hub-a qoşulmaq üçün Abu-Dabi Fond Birjası ilə anlaşıb
-
1 saat əvvəl
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
-
1 saat əvvəl
"Qazaxıstan "LUKOİL"ın aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır"
-
1 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək



























.jpg)

