Unibankın “Əjdaha” lotereyasının ilk qalibləri məlum oldu
252 qalib seçilib.(®) Unibank müştəriləri tərəfindən böyük maraqla qarşılanan “Əjdaha” lotereyasının birinci tirajının qalibləri məlum olub.
Xəzər TV canlı efirində xüsusi kompüter proqramı vasitəsilə 252 qalib seçilib.
Lotereyanın şərtlərinə görə, 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.
Onminlərlə Unibank müştərisinin qatıldığı birinci tirajda iyulun 20-dən avqustun 20-dək Unibank kartları ilə 50 manat və yuxarı ödəniş edərək, azı 5 şansı olan müştərilər iştirak edib. Lotereyanın ilk tirajının əsas mükafatı olan Toyota Corolla Cross avtomobillərini hərəsi 121 və 107 sayda şansları olan Unibank müştəriləri qazanıb. iPhone 15 Pro qazanan qaliblər də fərqli şanslarla qaliblər siyahısına düşüblər. 1500 şansla da, 15 şansla da bu dəyərli mükafatı qazanan var. “Əjdaha” lotereyasının birinci tirajında 240 Unibank müştərisi ümumilikdə 50 min manat pul mükafatı qazanıblar.
İkinci tiraja avqustun 21-dən sentyabrın 20-dək Unibank kartı ilə edilən ödənişlər daxildir. İkinci tiraj müddətində minimum 50 manatlıq ödəniş etməklə, birinci tirajda qazandığınız şansları da cəmləyərək, qalibiyyət şansınızı daha da artırmış olacaqsınız.
İkinci tiraj müddətində Bravoda etdiyiniz hər 10 manat sizə 3 şans qazandırır. Bolt Food-da etdiyiniz hər 10 manat sizə 3 şans verir. Eləcə də xaricdə Unibank kartı ilə xərclədiyiniz hər 10 manat, yaxud bu məbləğin ekvivalenti, xarici saytlarda etdiyiniz hər 10 manatlıq ödəniş sizə 1 deyil 3 şans qazandıracaq.
İkinci tirajın qalibləri də sentyabrın sonunda Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək.
Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, səkkiz ədəd Toyota Corolla Cross avtomobilindən, 50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!
Sadəcə ödənişlərinizi Unibank kartları ilə edirsiniz və möhtəşəm hədiyyələr qazanırsınız.
Dekabrın 20-dək davam edəcək lotereya çərçivəsində Unibank müştəriləri ümumilikdə 1300-ə yaxın hədiyyə qazanacaq.
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
6 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)







.jpg)





