Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarılıb
Valideynlər müraciət edib, Dövlət Agentliyi yoxlayıb, nöqsanlar aşkar edilib, 43 bağça müdiri işdən azad edilib.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Dövlət Agentliyindən verilən xəbərə görə, vətəndaş və valideyn müraciətləri əsasında bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:
-təşkilati-sənədləşmə işlərinin,
-uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;
-davamiyyətin aşağı olması;
-prosesə nəzarətin düzgün təşkil edilməməsi;
-uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi;
Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.
Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 51 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















