UForex yeni başlayan investorlara növbəti dəfə dəstək olub – MÜSAHİBƏ
“Battle of Traders” yarışması sayəsində treyderlər tamamilə risksiz, sıfır kapitalla bazara daxil olub özlərini sınamaq fürsəti qazanırlar.
UForex “Battle of Traders” müsabiqəsini keçirərək, növbəti dəfə gənc treyderlərə öz dəstəyini göstərdi. Müsabiqə ilə bağlı yaranan sualları “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Direktoru Elmira Qəribova cavablandırıb.
- Elmira xanım, müsabiqənin məğzi və məqsədi haqqında bizə məlumat verə bilərsiniz?
- Müsabiqənin əsas məqsədi yeni başlayan investisiya həvəskarlarına bu sahədə təcrübə toplamaq və özlərini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Sözügedən yarışma sayəsində treyderlər tamamilə risksiz, sıfır kapitalla bazara daxil olub özlərini sınamaq fürsəti qazanırlar. 20 gün ərzində iştirakçılarımız təlim hesablarında ticarət aparıb, ən uğurlu nəticəyə nail olmağa çalışacaqlar.
- Sonda qalibləri nə gözləyir?
- Sonda maksimum gəlir qazanan üç treyder qalib elan olunacaq və hər biri real vəsaitli ticarət hesabı əldə edəcək. Onlar qeyd olunan hesablarda öz bilik və bacarıqlarını istifadə edərək, bu fəaliyyətlə davamlı məşğul olub gəlir əldə edə biləcəklər. Əlbəttə ki, qaliblərimizin istənilən zaman hesablarındakı pul vəsaitlərini nağdlaşdırma imkanı da olacaq.
- Bəs oxşar müsabiqələrin gələcəkdə yenidən keçirilməsi planlaşdırılırmı?
- Bəli, əlbəttə ki, biz gələcəkdə də bu cür yarışların keçirilməsini planlaşdırırıq. Hətta müsabiqənin formatını daha da genişləndirməyi düşünürük. Onu da qeyd edim ki, Unicapital gənc treyderlər üçün daim dinamik və həvəsləndirici mühit yaratmağa çalışır, onlara real bazar şəraitində bacarıqlarını yoxlamaq üçün əla fürsətlər təqdim edir.
Xatırladaq ki, “Battle of Traders” müsabiqəsi sentyabrın 9-da start götürüb. Yarışma hazırda davam edir, qaliblər isə 30 sentyabr tarixində elan ediləcəklər.
Qlobal foreks bazarlarında real vaxtda ticarət imkanı verən UForex, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin təqdim etdiyi xidmətlərdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
4 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 14 saat əvvəl
-
18 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
20 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
20 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
20 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
