“HAYAT” şirkəti 20 min manat cərimə edildi
Şirkət əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsi işlərin yerinə yetirilməsinə cəlb edib.“HAYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Goranboy rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Qeyd edək ki, “HAYAT” MMC-nin qanuni təmsilçidi Əliyev Nəcəf Rəhim oğludur.
Dövlət Vergi Xidmətinin məlumatına görə, “HAYAT” MMC-yə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir, dəfələrlə vaxtında təqdim etməməyə görə 40 manat cərimələnmişdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
47 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























