Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı günü ABŞ-da “CB” İstehlakçıların İnam İndeksinin proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında ucuzlaşmağa davam etdi.
EUR/USD cütlüyü 1.1198 həddini test edib. Son dəfə avro/dollar məzənnəsi 20 iyul 2023-cü il tarixində qeyd olunan həddə qədər bahalaşmışdı. Qızıl isə dolların ucuzlaşması ilə 2670$-a qədər bahalaşıb və növbəti dəfə tarixi maksimumunu yeniləyib. Lakin, daha sonra bir qədər ucuzlaşaraq 2660$ səviyyəsində ticarət olunur.
Dünən “Conference Board” analitik şirkəti ABŞ-da İstehlakçıların İnam İndeksinin avqust ayı ilə müqayisədə sentyabr ayında 105.6 bənd səviyyəsindən 98.7 bənd səviyyəsinədək zəiflədiyini bildirdi. Analitiklər göstəricinin ötən ayın 103.3 bənd səviyyəsindən 103.9 bəndədək artacağını proqnozlaşdırmışdılar.
Neftin qiyməti ötən gün 74.15$ səviyyəsindən 76$ səviyyəsinə qədər kəskin bahalaşdıqdan sonra, bugün 75.2$ həddinə qədər ucuzlaşıb. Dünən verilən məlumatlara əsasən, “OPEC”-in illik icmalında qlobal enerji tələbinin 2050-ci ilə qədər gündəlik neft ekvivalentində 374.1 milyon barrelə çatacağı və 2023-cü illə müqayisədə 24% çox olacağı qeyd olunub. Bu, təşkilatın 21-ci əsrin ortalarına qədər dünyada enerji istehlakı üzrə analitiklərinin ilk qiymətləndirməsidir. Əvvəllər “OPEC” bu göstərici ilə bağlı 2045-ci ilə qədər proqnozlarını açıqlamışdı.
Çərşənbə axşamı Amerika fond indeksləri yüksəldilər, “S&P 500” indeksi isə ardıcıl ikinci sessiya üçün bütün tarixi maksimum səviyyəsini yenilədi. Qlobal bazarlara çərşənbə axşamı Çin hökümətinin əlavə stimullar ilə bağlı xəbərləri dəstək verdilər. Belə ki, Çin Xalq Bankı yeddi günlük əks repo əməliyyatları üzrə faiz dərəcəsini 1.7%-dən 1.5%-ə qədər endirib, həmçinin banklar üçün ehtiyat normasını azaldıb və daşınmaz əmlak bazarına dəstək tədbirlərini açıqlayıb.
Bugün bazar iştirakçılarının diqqəti ABŞ-da dərc olunacaq daşınmaz əmlak bazarına dair göstəricilərə yönələcək. Belə ki, analitiklərin proqnozlarına əsasən, avqust ayında Amerikada 699 min yeni ev satılıb. Həmçinin, Amerikada kommersiya məqsədli neft ehtiyatlarına dair rəqəmlər açıqlanacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















