Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib
, Çinlə bərpa olunan enerji, enerji saxlanc sistemləri, şəbəkənin gücləndirilməsi, “yaşıl enerji”nin ixracı, dənizdə külək enerjisi, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabellərinin təchizatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, ən yeni təcrübələrin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikintisinə investisiya imkanları dəyərləndirilib.Azərbyacanın Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti 24-26 sentyabr tarixlərində Çinin Yangijang və Pekin şəhərlərində səfərdə olub.
Səfər çərçivəsində Energetika Nazirliyi ilə “China Energy Engineering Group Co.Ltd” arasında yaradılmış İşçi qrupunun 2-ci iclasında iştirak edilib. Həmçinin “Guangdong Electric Power Design İnstitute Co., Ltd., CEEC”, “TBEA CO., Ltd.”, “China Datang Corporation Ltd.” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Nümayəndə heyətində Energetika Nazirliyinin əməkdaşları ilə yanaşı “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev də təmsil olunub.
Görüşlərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji dəhlizləri haqqında məlumatlar diqqətə çatdırılıb, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin bərpa olunan enerjinin böyük həcmdə ixracı baxımından əhəmiyyətindən bəhs edilib, Çinlə bərpa olunan enerji, enerji saxlanc sistemləri, şəbəkənin gücləndirilməsi, “yaşıl enerji”nin ixracı, dənizdə külək enerjisi, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabellərinin təchizatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, ən yeni təcrübələrin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpa olunan enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb, Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikintisinə investisiya imkanları dəyərləndirilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 saat sonra
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















