BOKT-ların kredit portfelinin keyfiyyəti pisləşib
Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında Bank olmayan kredit təşkilatları (BOKT) barədə də məlumatlar da yer alıb.
Marja.az Hesabata istinadən xəbər verir ki, bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunun aktivlərində payı artsa da, maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır. Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.6% təşkil etmişdir.
2024-cü ilin I yarımilində BOKT-lərin sayı 55, Kredit ittifaqlarının (Kİ) sayı isə 39 olmuşdur. Hal-hazırda fəaliyyətdə olan BOKT-lərin 15-i xarici kapitallıdır ki, onların da 12-də xarici kapitalın payı 50%-dən yüksəkdir. Yarımil ərzində BOKT işçilərinin sayı 153 nəfər artaraq 3442 nəfər, filiallarının sayı isə 12 ədəd artaraq 308-ə çatmışdır.
2024-cü ilin I yarımilində BOKT sektorunun balansı cəlb edilən vəsaitlərin kredit portfelinə yönləndirilməsi fonunda genişlənmişdir. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 13% (95.5 mln. manat) artaraq 854 mln. manat təşkil etmişdir. Artımın əsas payçısı xalis kredit portfeli olmuşdur. Cari ilin I yarısı ərzində xalis kredit portfeli 13% (72 mln. manat) artmışdır ki, məbləğ ifadəsində artım əsasən istehlak kreditləri hesabına formalaşmışdır.
BOKT-lərin aktivlərinin artımı fonunda cəlb edilmiş vəsaitlər də artmışdır. BOKTlərin cəmi öhdəlikləri yarımil ərzində 8.3% (37 mln. manat) artaraq 480 mln. manat təşkil etmişdir ki, artım əsasən qeyri-bank maliyyə institutlarının kreditləri və digər öhdəliklər hesabına formalaşmışdır. Belə ki, ötən ilin sonu ilə müqayisədə qeyri-bank maliyyə institutlarının kreditləri 21% (11 mln manat), digər öhdəliklər isə 18% (29 mln. manat) artmışdır. Digər öhdəliklərdə artımın əsas hissəsi təsisçilərin BOKT-lərə verdiyi borclar olmuşdur.
2024-ci ilin I yarısında istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmağa davam etmişdir. Cari ilin 6 ayı ərzində kredit portfeli 13.4% (81 mln. manat) artaraq 682 mln. manat olmuşdur. İstehlak kreditləri üzrə yarımillik artım 18.6% (67 mln. manat), biznes portfeli üzrə isə 1.2% (2.6 mln. manat) təşkil etmişdir. İpoteka kreditləri isə 2 dəfəyədək (11 mln. manat) artmışdır. 2024-ci ilin II rübünün sonuna BOKT-lərin kredit portfelinin 63%-i (430 mln. manat) istehlak kreditləri, 34%-i (229 mln. manat) biznes kreditləri, 14%-i (23 mln. manat) isə ipoteka kreditləri təşkil edir. Biznes portfelinin 29%-i (67 mln. manat) ticarət sahəsinə, 22%-i (50 mln. manat) qeyri-istehsal və xidmət sahəsinə, 24%-i (55 mln. manat) isə kənd təsərrüfatı sahəsinə verilmiş kreditlərdir.
Kredit portfelinin keyfiyyəti QİK (qeyri-işlək kreditlər) portfelinin artımı fonunda pisləşmişdir. Ötən ilin sonu ilə müqayisədə 2024-ci ilin ilk yarımilində sektorun qeyri-işlək kredit portfeli 30% artaraq 96.6 mln. manat təşkil etmişdir. Yarımil ərzində QİK əmsalı isə 1.8 f.b. artaraq 14.2% olmuşdur. QİK əmsalı artımını şərtləndirən əsas amil istehlak kreditləri olmuşdur. Belə ki, QİK portfeli istehlak kreditləri üzrə 3 f.b artaraq 14.8 %, biznes kreditləri üzrə 0.6 f.b artaraq 14.5% təşkil etmişdir.
BOKT sektoru üzrə mənfəətlikdə artım dinamikası mövcuddur. 2024-ci ilin ikinci yarısı BOKT-lər 76.6 mln. manat mənfəətlilik əldə etmişdir ki, bu da 2023-ci ilin müvafiq dövrünün mənfəətindən təqribən 191% çoxdur. Sektorun mənfəətliliyinin artmasında kredit portfelinin böyüməsi ilə artan faiz gəlirlərindən əlavə kredit təşkilatlarının əməliyyat səmərəliyinin də artması əsas amillərdən olmuşdur. Belə ki, qeyri-faiz gəlirlərinin məcmu gəlirdə payı 14%-dən 25%-ə qalxmışdır. Sektorun mənfəətliliyinin artımı fonunda ROA və ROE göstəriciləri ötən ilin iyun ayı ilə müqayisədə 2 dəfə artaraq müvafiq olaraq 17.91% və 41% olmuşdur.
Sektorun kapital mövqeyi bölüşdürülməmiş mənfəətin artımı fonunda genişlənmişdir. Yarımil ərzində BOKT-lərin kapitalı 19% (59 mln. manat) artaraq 374 mln. manat təşkil etmişdir. Kapitalın artımı həm kapital inyeksiyası, həm də BOKT sektorunun bölüşdürülməmiş mənfəəti hesabına olmuşdur. Belə ki, yarımil ərzində bölüşdürülməmiş mənfəət təqribən 61% (63 mln. manat) artaraq 166 mln. manat, nizamnamə kapitalı isə 3.4% (6.9 mln. manat) artaraq 211 mln. manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
50 d. əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
1 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
3 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






















.jpg)

