“Norm” ASC ASİA-nın Xalis Sıfır Yol Xəritəsinin hazırlanmasında fəal iştirak edir

“Norm” ASC Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının (ASİA) fəal üzvü kimi ölkənin sement və beton sənayesinin karbonsuzlaşdırılması üçün əhəmiyyətli addımlar atır. Şirkət assosiasiyanın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşularaq, sement sənayesinin digər iştirakçıları ilə birlikdə dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən innovativ həllər üzərində işləyir.
Sement və beton sənayesində karbon emissiyalarının azaldılmasını nəzərdə tutan “Xalis Sıfır Yol Xəritəsi”nin hazırlanması üçün ASİA tərəfindən təşkil olunan seminarlarda yaxından iştirak edən şirkət hökümət və özəl sektordan maraqlı tərəflərlə sıx əməkdaşlığını davam etdirir və xəritənin Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) 2050 Xalis Sıfır Yol Xəritəsi və Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri ilə uyğunlaşdırılmasının təmin edilməsinə yaxından dəstək göstərir.
Avropa Sement Tədqiqatı Akademiyasının (ECRA) elmi-praktik təcrübələrinə əsasən hazırlanan ASİA-nın Xalis Sıfır Yol Xəritəsi sement və beton sənayesində CO2 emissiyalarının azaldılması üçün sement istehsalında klinker faktorunun aşağı salınması, inşaat dizaynının optimizasiyası, alternativ yanacaqdan istifadə, karbonun tutulması kimi yeni texnologiyaların tətbiqinə dair istiqamətləri ehtiva edir.
ASİA üzvü kimi, “Norm” ASC-nin bu yol xəritəsini izləməsi ölkənin sement və beton sənayesinin yeni standartlarla transformasiyasını dəstəkləyir.
Qeyd edək ki, assosiasiyanın Xalis Sıfır Yol Xəritəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün yeni model təqdim edəcək.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
