Ziraat Bank Azərbaycandan biznes sahiblərinə endirim kampaniyası!
(®) Ziraat Bank Azərbaycan Bankın 10 illiyi ərəfəsində hüquqi şəxs və fərdi sahibkarları dəstəkləmək üçün kampaniya keçirir.
Kampaniya çərçivəsində dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan, bankda ilk dəfə xarici ticarət əməliyyatı edən müştərilərinə ilin sonunadək bu əməliyyatlar üzrə pul köçürmələrində komissiyalara 50%-dək endirim tətbiq edib.
Ölkənin real sektoruna hərtərəfli dəstəyi özü üçün ən önəmli istiqamət olaraq seçən Ziraat Bank Azərbaycan, xarici ticarətdə istifadə edilən akkreditiv və təminat məktublarını öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank eyni zamanda bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanmasına dəstək kimi xidmətlərini də təqdim edir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan, “Ziraat Maliyyə Qrupu”nun üzvü olaraq xarici ölkələr arasında əhəmiyyətli nüfuza malikdir. Bu da güvənli xarici ticarət xidmətlərinin göstərilməsində əsas amillərdən biridir. Diqqətəlayiqdir ki, Bank xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən iki il ard arda “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” mükafatına layiq görülmüşdür.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
4 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
4 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq













.jpg)




.jpg)





