Qubanın İcra başçısı iş adamlarını qəbul edib - "Quba İş Adamlarına Dəstək" platformasının təqdimatı keçiriləcək
Quba İş Adamlarına Dəstək (QİAD) Birliyinin İdarə Heyəti və üzvləri Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və bərabərindəki heyətlə görüşüb.
Görüş zamanı "QİAD"-ın strateji hədəfləri, məqsədləri, gələcək planları haqqında İcra başçısına məlumat verilib.
Daha sonra regionda fəaliyyət göstərən sahibkarları dəstəkləyərək onların inkişafına təkan vermək, yerli iqtisadi tərəqqiyə töhfə vermək, dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda bölgəyə investisiyaların cəlb olunmasının qarşımızda duran vacib prioritetlərdən biri olduğu bildirilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov 25 Oktyabrda Qubada keçiriləcək "Sahibkarlarla Görüş" tədbirinin əhəmiyyətini vurğulayıb və QİAD-ın gələcək fəaliyyətində mümkün dəstəyini əsirgəməyəcəyini bildirdiib.
Qeyd edək ki, Quba İş Adamlarına Dəstək (QİAD) platformasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı, MÜSİAD Azerbaycan, Founder Club, Azexport.az portalının təşkilati dəstəyi və "Şahdağ Quba Otel"in baş sponsorluğu ilə 25 Oktyabr 2024-cü il tarixində Qubada "Sahibkarlarla Görüş" və "Quba İş Adamlarına Dəstək" platformasının təqdimatı keçiriləcəkdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 26 d. əvvəl
- 35 d. əvvəl
-
46 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)






.jpg)








