Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi 75 % yerinə yetirilib - VİDEO
Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi artıq 75 % icra olunub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolunun ümumi uzunluğu 12,7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun torpaq yatağının eni 30,6 metr, hər bir hərəkət zolağının eni 3,5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarətdir.
Layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, əsas hazır olan hissələrdə isə asfaltlanma işləri aparılır.
Layihəyə əsasən yolboyu 3 yol qovşağı, 3 körpü və 2 yerdə alt keçidin inşası işləri davam etdirilir. Belə ki, yolun ilk 400 metrlik hissəsində “Balaxanı qovşağı”nın ramplarında qazma və dolğu işləri aparılır. Təqribən 1-ci km-lik hissədə 62 metr uzunluğa malik körpünün inşası başa çatıb.
Yolun 4,4-4,5-ci km-lik hissəsində kommunikasiya xəttinin mühafizəsi üçün inşa edilən alt keçid yerləşən hissədə dolğu işləri başa çatıb, asfalt-beton örtük döşənib. Yolun 6,7-ci km-lik hissəsində “Yanardağ qovşağı”nda dayaqların və yanaşma yollarının tikintisi, aşırım tirlərinin montajı başa çatıb. Həmçinin, “Pirşağı qovşağı”nda 23 dayaq tikilib, 9 aşırımdan 7-i hazırdır, 2-də işlər davam edir.
Bundan başqa, yolboyu zəruri yerlərdə “U” tipli geri dönüşlərin tikintisi, həmçinin müxtəlif diametrlərə malik 31 suötürücü borunun quraşdırılması işləri də yekunlaşıb.
Avtomobil yolunun hər iki tərəfində piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə müvafiq addımlar atılır. Belə ki, yolun 2-16-cı km-lik hissəsində yol boyu kabel xətləri çəkilib və işıq dirəkləri quraşdırılıb, yolun sağ və sol, həmçinin “U” tipli geridönüş hissələrdə səki daşlarının düzülməsi işləri davam etdirilir.
Bundan başqa, layihə üzrə marşrut boyu yolun sağ və sol kənarlarında mühafizə hasarları qurulur, eyni zamanda nəqliyyat və piyadaların təhlükəsizliyini təmin edilməsi məqsədilə müvafiq yerlərdə əyri xətli tirlər quraşdırılır. Yolun 2-6-cı km-lik hissəsində yol ayrıcı zolaqda beton bloklar qoyulub.
Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
6 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















