"Hasilat və satış həcmləri kəskin azalaraq, plandan aşağı olub" - “AzerGold”da iclas
“AzerGold” QSC-də hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib“Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, “Ordubad” qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC” arasında bağlanmış saziş üzrə yeni tərkibdə formalaşdırılmış Rəhbər komitənin ilk iclası keçirilib.
“AzerGold” şirkətinin yaydığı məlumatda bildirilir ki, rəhbər komitənin yeni sədri – “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra görülən işlər müzakirə olunub. Xarici şirkətin mədən layihələri üzrə operatoru “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMKL) 2024-cü ilin birinci yarımili ərzində fəaliyyətinin nəticələri, o cümlədən Ağdərə rayonunda yerləşən “Dəmirli” mis-molibden yatağında fəaliyyətin təşkili istiqamətində görülən işlər təhlil edilib.
Bildirilib ki, xarici şirkətin cari ilin birinci yarımilində hasilat və satış həcmləri kəskin azalaraq, plandan aşağı olub. Belə ki, 2024-cü ilin ilk 6 ayı ərzində hasilat həcmləri 4704 unsiya qızıl, 100 ton mis, 12745 unsiya gümüş təşkil edib. Bu da cari ilin 6 aylıq hasilat planı ilə müqayisədə qızıl üzrə 38%, mis üzrə 89%, gümüş üzrə 64% azdır. Eləcə də ümumi layihə üzrə gəlirlər planla müqayisədə 54% geriləyib. Buna səbəb Saziş çərçivəsində istehsal fəaliyyətinin ötən ilin iyul ayından etibarən Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə dayandırılması nəticəsində yaranan fasilələr göstərilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verildikdən sonra xarici şirkətlə birgə həyata keçirilən operativ dəstək tədbirləri, tikinti-quraşdırma işlərinin, həmçinin bəzi digər istiqamətlər üzrə fəaliyyətin yerli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması nəticəsində növbəti aydan etibarən istehsalat mərhələli şəkildə bərpa ediləcək. Nəticədə tərəfdaş şirkətin istehsalat göstəricilərinin tədricən artması, 2025-ci ilin əvvəlində isə 2023-cü ilədək olan səviyyəyə çatması təmin ediləcək. “AzerGold” QSC tərəfindən tərəfdaş şirkətin fəaliyyət istiqamətləri üzrə artım tempinin əldə edilməsinə bundan sonra da dəstək göstəriləcək.
İclasda, növbəti il üzrə hasilat və ixrac planının hazırlanması istiqamətində tapşırıqlar verilib, həmçinin Rəhbər komitənin İqtisadi, İstehsalat və texniki, eləcə də Ekoloji məsələlər üzrə altqruplarının yeni tərkibləri müəyyənləşdirilib. İclas qarşılıqlı maraq doğuran və icrasına dəstək tələb olunan məsələlərin, habelə “Dəmirli” mis-molibden yatağında fəaliyyətin qısa zaman ərzində təşkili üçün zəruri addımların müzakirəsi ilə davam edib, qaldırılan məsələlərin Saziş və mövcud qanunvericilik çərçivəsində həll edilməsi iclasın yekun protokoluna daxil edilib.
Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə “AzerGold” QSC, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment Group Services, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.
Xatırladaq ki, hasilatın pay bölgüsü haqqında saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl”ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilmişdi. Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
2 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
2 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
4 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
4 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Ən çox oxunanlar
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
"Alagöz Holdinq" Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır
























