“Apple” daha çox gəlir əldə edib - iPhone, Mac və iPad satışları da artıb
ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple-ın gəliri iyul-sentyabr dövründə illik 6 faiz artıb. Bu dövrdə Şirkətin xalis mənfəəti azalıb. Apple-ın iPhone, Mac və iPad satışları artıb.İyul-sentyabr dövrünü maliyyə təqvimində dördüncü rüb olaraq qəbul edən Apple, balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri bu dövrdə illik müqayisədə 6 faiz artaraq 94,9 milyard dollar təşkil edib. Apple ötən ilin eyni dövründə təxminən 89,5 milyard dollar gəlir əldə etmişdi.
Apple-ın gəliri qeyd olunan dövrdə bazar proqnozlarını üstələyib.
Şirkətin xalis mənfəəti eyni dövrdə 35,8 faiz azalaraq 14,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 22,9 milyard dollar mənfəət açıqlamışdı.
Apple-ın səhmbaşına qazancı bu müddət ərzində 1,47 dollardan 97 sentə düşüb.
Bu müddət ərzində Apple-ın mənfəətinin azalmasına Avropada məhkəmə qərarı təsir edib və bu, şirkəti İrlandiyaya 14 milyard dollardan çox vergi ödəməyə məcbur edib.
iPhone, iPad və Mac satışları artıb
Bu dövrdə Apple-ın iPhone, Mac və iPad satışları artıb. İyul-sentyabr aylarında iPhone satışlarının məbləği illik 5,5 faiz artaraq 46,2 milyard dollar təşkil edib. Eyni dövrdə iPad satışları 7,9 faiz artaraq 6,9 milyard dollara, Mac satışları isə 1,7 faiz artaraq 7,7 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)








.jpg)






