Aərbaycanın investisiya şirkətindən investorlar üçün vahid platforma
(®) UForex daima xidmətlərini təkmilləşdirməyə, investisiya prosesini hər bir müştəri üçün daha sadə və əlçatan etməyə davam edir. Şirkətin bu istiqamətdə atdığı növbəti addım isə müştərilərin öz hesablarını rahat şəkildə idarə edə bilmələri üçün vahid platformanın yaradılması oldu.
Belə ki, artıq investorlar uforex.az saytında qeydiyyatdan keçərək, “Şəxsi kabinet” adlanan multifunksional platformadan istifadə edə biləcəklər.
“Şəxsi kabinet” vasitəsilə investorlar istənilən bankın AZN və USD kartları ilə hesablarına mədaxil edə biləcəklər. Həmçinin bir neçə UForex ticarət hesabını vahid interfeys üzərindən izləmək və platformanın veb-versiyası ilə rahat ticarət etmək mümkün olacaq.
Bunlarla yanaşı, müştərilər platformaya yerləşdirilən izahlı video-dərslərə baxmaqla öz biliklərini daha da zənginləşdirə biləcəklər. İstifadəçilər “Şəxsi kabinet” üzərindən iqtisadi təqvimi izləyə, investisiya dünyasındakı ən aktual xəbərlərdən məlumat ala və sahə üzrə maarifləndirici bloq yazılarını oxumaq imkanı əldə edəcəklər.
Bazarda 11 ildən artıqdır ki fəaliyyət göstərən UForex, yüksək xidmət sayəsində treyderlərin rəğbətini qazanmağı bacarıb. Şirkət müştərilərinə real vaxt rejimində “MT4” platforması üzərindən qızıl, gümüş, neft, valyuta cütlükləri kimi bir sıra maliyyə alətləri ilə qlobal bazarlarda ticarət edib qazanc əldə etmək imkanı yaradır.
Qeyd edək ki, UForex “Unicapital İnvestisiya Şirkəti”nin təqdim etdiyi xidmətlərdən biridir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















