Azərbaycan şirkəti, CISCO-nun MDB-dən olan tərəfdaşları arasında mükafat alan yeganə şirkət olub
Bestcomp Group - CISCO tərəfindən MEA regionunda "İlin informasiya təhlükəsizliyi üzrə tərəfdaşı" seçilib. Bestcomp Group-un Müşahidə Şurasının sədri Rauf Həsənov: "MDB ölkələrindən mükafata layiq görülən yeganə şirkət isə məhz biz olduq və nüfuzlu “Security Partner of the Year 2024” diplomu ilə təltif edildik".28-30 oktyabr tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçirilən CISCO Partner Summit tədbirində dünyanın aparıcı İKT şirkətlərindən 2000-dən çox nümayəndə iştirak edib.
Hər il təşkil olunan bu tədbirdə Azərbaycan şirkəti Bestcomp Group, CISCO-nun MDB ölkələrindən olan tərəfdaşları arasında yeganə mükafat alan şirkət olmuş, MEA (Yaxın Şərq və Afrika) regionu üzrə “Security Partner of the Year 2024” mükafatına layiq görülmüşdür.
Məşhur Qrəmmi muzeyində keçirilən təntənəli mükafatlandırma mərasimində Bestcomp Group-un Müşahidə Şurasının sədri Rauf Həsənov CISCO-nun MEA, Türkiyə, Rumıniya və MDB (CİS) ölkələri üzrə vitse-prezidenti David Meads, tərəfdaşlarla işin təşkili direktoru Ossama Eldiib və TRC ölkələri üzrə idarəedici direktor Didem Duru tərəfindən "Security Partner of the Year 2024" diplomu ilə təltif edilib.
Mərasim zamanı vurğulanın ki, "Bestcomp Group" bu yüksək mükafata CISCO-nun 2024-cü maliyyə ili nəticələrinə əsasən, dövlət və özəl sektorda genişmiqyaslı layihələrin uğurlu icrasına görə layiq görülüb.
Rauf Həsənovun sözlərinə görə, dünya İKT sənayesinin liderlərindən olan CISCO şirkəti tərəfindən ABŞ-da Bestcomp Group-a təqdim olunan “Security Partner of the Year 2024” mükafatı, şirkətin 30 illiyi ərəfəsində əhəmiyyətli pozitiv hadisədir.
R. Həsənov vurğulayıb ki, tədbirə yalnız CISCO-nun iş birliyi olduğu şirkətlərin ümumi sayının 2%-ni təşkil edən ən qabaqcıl tərəfdaşlar dəvət edilib və onlardan çox az hissəsi mükafatlandırılıb: "MDB ölkələrindən mükafata layiq görülən yeganə şirkət isə məhz biz olduq və nüfuzlu “Security Partner of the Year 2024” diplomu ilə təltif edildik".
Azərbaycanda dövlət və özəl qurumlar genişmiqyaslı rəqəmsal transformasiya işləri həyata keçirir və bu sahədə CISCO ən uğurlu həllər təklif edən şirkətlərdən biridir. Qlobal standartlara cavab verən İKT həllərinin yaradılmasında dərin bilik və təcrübəyə malik Bestcomp Group, 30 illik fəaliyyəti ərzində istənilən səviyyəli təşkilat və qurumlar üçün etibarlı və yüksək səmərəli tərəfdaş nüfuzunu qazanmışdır. CISCO və digər dünya səviyyəli İKT liderləri ilə strateji əməkdaşlıq sayəsində şirkət, Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyatın müxtəlif sektorlarında rəqəmsal transformasiya prosesində fəal iştirak edir və qabaqcıl, təhlükəsiz və dayanıqlı İKT həllər təqdim edir. Şübhəsiz ki, ölkəmizdə informasiya texnologiyaları sahəsində baş verən əhəmiyyətli və pozitiv dəyişikliklər bu nailiyyətlərin əldə olunmasında mühüm rol oynamışdır. Bu uğurların reallaşmasında bizə etibar edən bütün dövlət və özəl sektor tərəfdaşlarımıza, eləcə də sifarişçilərimizə səmimi təşəkkürümü bildirirəm.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















