COP29-un nəqliyyat tərəfdaşı seçilib
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi edən ölkə Azərbaycan seçilmişdir.
Bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmində olan Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir.
BMW Qrup avtomobillərinin rəsmi idxalçısı olan “Improtex Motors” COP29-un əsas nəqliyyat tərəfdaşı seçilib. Bu addım, BMW-nin yalnız lüks avtomobillər istehsal etməklə məhdudlaşmadığını, həm də daha təmiz və davamlı bir gələcəyin qurulmasına töhfə verdiyini göstərir. İllərdir ki, BMW AG elektrikli avtomobillər sahəsində texnologiyalara sərmayə yatırır və həm sükan arxasında zövq verən BMW i modellərini, həm də ətraf mühitə qayğı göstərən avtomobillər yaratmaq istiqamətində çalışır.
6 Noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev, BMW AG nümayəndələri olan Afrika və Şərqi Avropa üzrə satış direktoru Konrad Baumgartner, Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionlarının üzrə baş menecer Viktor Eisenbraun və “Improtex Motors” şirkətinin direktoru Bayram Yaqubov ilə birgə keçirilən görüş zamanı konfransın səmərəli işini təmin etmək üçün istifadə olunacaq BMW elektrikli avtomobilləri rəsmi şəkildə təqdim olunub.
Təqdim edilən elektrikli avtomobilləri yüksək rütbəli qonaqların transferi, eləcə də iqlim sammiti çərçivəsində digər mühüm vəzifələrin yerinə yetirilməsi üçün xidmət göstərəcəkdir.
BMW elektrikli avtomobilləri COP29-un qonaqları üçün yüksək səviyyədə rahatlıq və təhlükəsizliyi təmin edəcəkdir.
COP29 konfransına elektrikli avtomobillərin təqdim edilməsi, BMW-nin davamlı inkişaf prinsiplərinə sadiq qalmasının və iqlim dəyişikliyi ilə mübarizədəki qlobal səylərdə fəal iştirakının bariz nümunəsidir. Ən son texnologiyalarla təchiz olunmuş BMW elektrik avtomobilləri, konfrans iştirakçılarına şəhər daxilində ətraf mühitə zərər vermədən sərbəst hərəkət etməyə imkan verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 3 d. əvvəl
-
-
15 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
55 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazir. yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb


























