Azərbaycandan xarici bazarlara pambıq mahlıcı ixracı 2 dəfə artıb
Növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcəkAzərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsulları arasında pambıq mahlıcı xüsusi çəkiyə malikdir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bBu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 106,450 ton pambıq mahlıcı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
İxrac olunan pambıq mahlıcının dəyərində isə ötən illə müqayisədə 1,6 dəfə artım var. Yanvar - oktyabr aylarında ixrac olunan pambıq mahlıcının ümumi dəyəri 160,417 milyon dollar təşkil edib.
Hazırda respublikada pambıq yığımı davam edir.
Noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən kondisiya çəkidə 168 086 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 16,35 sent/ha təşkil edir.
Bu il respublikanın 15 rayonunda pambıq əkini aparılıb. Ən çox pambıq əkini Ağcabədi rayonunda (13112 hektar) qeydə alınıb.
Orta məhsuldarlığa görə birinci yerdə isə Neftçala rayonudur (25,33 sentner).
Azərbaycanda pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün məhsul subsidiyası 190 manat/ton təşkil edəcək. Pambıq üzrə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonları və Naftalan ərazisində becərilən pambığa görə verilir. *****
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 21 saat sonra
- 34 d. əvvəl
- 45 d. əvvəl
-
59 d. əvvəl
5 bankda xüsusi ehtiyatlara ayırmalar 15 milyon manatdan çoxdur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda “McDonald’s”ın beynəlxalq EMEA sammitləri keçirilib – FOTO
-
2 saat əvvəl
Şəffaflıq və açıqlama sahələrində irəliləyişlərə görə SOCAR-ın reytinqi qaldırıldı
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Noyabrın 14-də gözlənilən hava şəraiti
5 bankda xüsusi ehtiyatlara ayırmalar 15 milyon manatdan çoxdur
Bakıda “McDonald’s”ın beynəlxalq EMEA sammitləri keçirilib – FOTO
Ən çox oxunanlar
AZCON Holding-in şirkətlərinə özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi aparılıb
Azərbaycan neftinin son qiyməti
Avropa İttifaqında orta aylıq maaş 3300 avronu keçib
Rəsmi məzənnələr açıqlandı



















.jpg)


