“Embafinans” da kapital bazarından borc alır - MƏBLƏĞ, ŞƏRTLƏR
"Embafinans" BOKT QSC kapital bazarından 4 milyon manat borc alır.
Marja.az Emissiya prospektinə istinadən xəbər verir ki, Şirkət hər birinin nominal dəyəri 1000 manat olan 4 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.
BOKT “Embafinans” QSC əsasən riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərir. Hazırkı dövrdə kredit təşkilatlarına əsas təsir edən faktorlar olan bazar riskləri və portfel keyfiyyəti kimi faktorlar BOKT “Embafinans” QSC-də qənaətbəxş idarə olunur. Belə ki təşkilatın portfelində prospektin hazırlandığı tarixə valyuta riski yaradacaq kreditlər yoxdur və kredit portfeli milli valyutada formalaşdırılmışdır. Kredit portfelinin 30 gündən çox gecikmə nisbəti göstəricisi 5% ətrafında idarə olunur.
İstiqrazların faiz dərəcəsi
İstiqrazların faizlərinin və dəyərinin ödənilmə tarixi və müddəti: 1-ci buraxlış üzrə istiqrazlar üzrə illik faiz dərəcəsi 12.5% təşkil edir. 2-ci buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi yekun şərtlər ilə müəyyən olunacaq. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti iş günü ödənilir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcəkdir.
İstiqrazların tədavül müddəti 12 aydır.
Buraxılış və yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
2023-cü ildə BOKT “Embafinans” QSC gəlirləri 15 milyon 445 min manat, xalis mənfəəti 5 milyon 325 min manattəşkile dib. 31 dekabr 2023-cü il tarixində QSC-nin kredit portfeli 51 milyon 3780 min manata çatmışdı.
BOKT “Embafinans” QSC nizamnamə kapitalının 86%-i Abbasov Elşad İnşalla oğluna, 14%-i Polyakova Tamara Başirovnaya məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























